Yetim generalissimusun adası təhlükədə - Çin Tayvanı “götürmək” istəyir

 

Son bir həftə ərzində Tayvan boğazında hərbi fəallıq artıb. Tayvan Çinin mümkün hərbi hərəkətlərinə qarşı dirəniş variantı seçib, əks tədbirlər həyata keçirmək üçün sahil mühafizəsi təlimlərinə başlayıb.

Bu gün Tayvanın paytaxtı Taybeydə adaya hücumu dəf etmək üçün ssenarilər hazırlamaq üçün istefada olan yüksək rütbəli hərbçilərlə beynəlxalq komanda-qərargah təlimləri başlayıb və bu, sabah da davam edəcək.

Fakt budur ki, Tayvan ordusu son vaxtlar, demək olar ki, hər gün Çin gəmilərinə və təyyarələrinə təhlükəli yaxınlaşma halları barədə məlumat verir.

Bölgədə hərbi-siyasi durum son 76 ildə, yəni Çin Respublikasının Tayvana təxliyə edilməsindən bəri heç vaxt olmadığı qədər gərginləşib. Çin Tayvanın 76 illik “separatizm”inə son qoymaq, adanı materikə birləşdirmək, Tayvanı Çin Xalq Respublikasının əyalətinə çevirmək niyyətində qərarlıdır.

5500n.JPG (45 KB)

Qədim Çinin müasir Çin olmasını təmin edənlərin başında, yetimçiliklə böyümüş, sonradan millətçi-inqilabçı, marşal, generalissimus olmuş Çan Kayşi durur. Məhz o, parçalanmış, işğal altında olan Çinin yaponlardan, fransızlardan, rus kommunistlərdən təmizlənməsi üçün illərlə vuruşub. Bir ara Çan Kayşi Kuybışev başda olmaqla sovet hərbçilərini və mütəxəssislərini Çindən qovmağı bacarıb, ancaq o dövrlərdə bir çox xalqlar üçün cazibədar olan və “fəhlə-kəndli sinfinin nicatı” sayılan kommunist ideologiyası milyonlarla çinlinin beynini xarab edib, nəticədə SSRİ-nin hərtərəfli köməyi ilə Çin kommunistlərinin silahlı birləşmələri Qomindan partiyasının lideri Çan Kayşiyə qalib gəlib, onu Tayvana sığınmağa vadar ediblər.

O vaxtdan bəri bu intriqa davam edir. Çan Kayşi 1974-cü ildə ölənə qədər rəhbərlik etdiyi Tayvanı legitim Çin Respublikası sayıb. Beynəlxalq birlik də əslində totalitar kommunist-sosialiist ölkəsi olan ÇXR-dənsə Tayvana isti münasibət bəsləyiblər. Ancaq 1971-ci ildə Çinin BMT-dəki təmsilçiliyi Çin (Tayvan) Respublikasından alınaraq, ÇXR-ə verilib. Bu, Pekinin güclənərək bölgədə önəmli hərbi-siyasi faktora çevrilməsi sayəsində baş tutub. Ondan sonra beynəlxalq miqyasda ÇXR-Tayvan ixtilafına ideoloji yanaşma zəifləyib, rəsmi Pekinin dünya siyasətində çəkisi artıb və o, dünyanı idarə edən 5 ölkədən birinə çevrilib.

57c972533eb50-taiwan.jpg (373 KB)

Bununla belə, ABŞ başda olmaqla Qərb dünyası heç vaxt Tayvanı Çinə “yedirtmək” fikrinə düşməyib, heç indi də o niyyətdə deyil. Ancaq, görünür, ABŞ prezidenti Donald Trampın laübalı siyasəti rəsmi Pekində belə bir ümid yaradıb ki, bu münaqişəni yaxın zamanlarda öz xeyirlərinə həll edə bilərlər.
Tayvan çinlilərin yaşadığı, idarə etdiyi respublikadır. Fəqət tayvanlılar kommunist ideologiyasını qəbul etmirlər və müstəqil dövlət olaraq mövcud olmağı üstün tuturlar. Çinin Tayvan adasına yiyələnməsi onları üçün kütləvi repressiya, faciələr deməkdir. Elə bir şey olsa, milyonlarla tayvanlı adadan başqa ölkələrə köçmək məcburiyyətində qalacaq. Tayvanın hazırda 23, 5 milyon əhalisinin olduğunu nəzərə alsaq, bu, dünyada ən çoxsaylı qaçqın kütləsinin yaranacağı deməkdir.

Beləliklə, Tayvan boğazında hərbi vəziyyət gərginləşməkdə davam edir. Tayvanın Müdafiə Nazirliyinin məlumatına görə, bu ay ÇXR-in 125 döyüş təyyarəsi və 71 hərbi gəmisi izlənilib. İyunun 9-da Çin ordusunun 7 təyyarəsindən beşi Tayvan boğazının orta xəttini keçib. Buna cavab olaraq Tayvan sahilyanı bölgələrdə raket sistemləri yerləşdirib.

Pekinin rəsmi mövqeyi dəyişməz olaraq qalır: Tayvan ÇXR ərazisinin ayrılmaz hissəsidir. Buna görə də Çin hakimiyyəti Tayvanın sərhədlərinin mövcudluğunu tanımır və tanımaq niyyətində deyil.

Bu fonda Tayvanın silahlı qüvvələri döyüş hazırlığını və müttəfiq qüvvələrlə əməkdaşlıq etmək qabiliyyətini sınayır. Taybeydə təşkil edilən komanda qərargah təliminə Tayvan, ABŞ və Yaponiyadan 9 istefada olan general və general-leytenant dəvət olunub. Onlardan ən məşhurları Obama administrasiyasında birləşmiş qərargah rəisləri komitəsinin keçmiş rəhbərii Maykl Mullen və Yaponiya ordusunun birləşmiş qərargahının keçmiş rəisi Şiqeru İvasakidir.

Təlimin məqsədi Tayvanı işğaldan qorumağı təmin etməkdir.

tttrrrr.JPG (52 KB)

Tayvan mediası bildirir ki, təlimlər ilk növbədə Çinin “boz zona” adlandırılan taktikasını həyata keçirməsi ilə bağlıdır. Bu, hərbi qarşıdurmaya əl atmadan, hərbi hissələrdən mülki fəaliyyət bəhanəsi ilə istifadə edərək təzyiq göstərməkdir. Bu cür taktikaların bariz nümunəsi Çinin Cənubi Çin dənizində süni adalar tikməsidir. Tayvan prezidenti Lay Qinqde sahil mühafizəsi təlimləri zamanı çıxışında deyib: "Tayvan daim Çinin" boz işğalı" ilə üzləşir".

Taybey Pekinin “boz işğalı”nın hətta Tayvan gəmilərinin tutulmasına gətirib çıxara biləcəyindən ehtiyat edir.

Hər iki tərəfin hərəkətləri Cənub-Şərqi Asiyada sabitliyi pozan amildir. Cozef Baydenin prezidentliyi dövründə ABŞ Hind-Sakit okean strategiyasını qəbul edib. Bu, həm amerikalıların, həm də onların ən yaxın müttəfiqlərinin - Yaponiya, Cənubi Koreya və Filippinin regionda təsirinin artırılmasını nəzərdə tutur. Bu ölkələr Tayvanla təkcə iqtisadiyyatda deyil, həm də müdafiə sektorunda əlaqələrini dərinləşdirir və bu da rəsmi Pekində narazılıq yaradır. Çin sədri Si Cinpin son telefon danışığı zamanı ABŞ prezidenti Donald Trampa “Tayvan probleminin həllinə ehtiyatlı yanaşmağı” tövsiyə edib və bildirib ki, “marginal separatçılar” ABŞ-Çin münasibətlərini korlaya bilərlər.

// Musavat.com


10-06-2025, 20:01 58

Digər xəbərlər

Sumqayıtda velosiped idmanına dəstək layihəsi

Sumqayıt teatrında iz qoymuş sənətkar

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

Sumqayıtin bu ərazisində qazın verilməsi dayandırılacaq

Sumqayıtda qanunsuz tikililərlə bağlı yeni işçi qrupu yaradılıb

672 balla Tibb Universitetinə qəbul olan Səccad İsgəndərli – Məktəbimizin fəxri- FOTO

Bu gün Sumqayıtda hava necə olacaq?

Sumqayıtda yol qəzası: Mercedes və Kia Rio toqquşdu - FOTO

640 balla Tibb Universitetinə qəbul olan Aylin Tağıyeva – Sumqayıtın yetirməsi - FOTO

Sumqayıtda məskunlaşan və səs yazısı yayılan köçkün ailəsinə Biləsuvardan mənzil təqdim olundu

1 2 3 4 5 6 7 8 9 10 ... 961
Bu gün, 14:50
Bu gün, 14:42
Bu gün, 13:43
Bu gün, 13:22
Bu gün, 12:02
Dünən, 14:43
Dünən, 13:28
Dünən, 13:20
Dünən, 11:38
Dünən, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
20-08-2025, 15:52
20-08-2025, 15:38
20-08-2025, 15:20
20-08-2025, 11:01
19-08-2025, 20:46
19-08-2025, 18:37
19-08-2025, 18:21
1 2 3 4 5 6 7 8 9 10 ... 961