Deputat Səbinə Salmanova: “Şuşa Bəyannaməsi sülhün və təhlükəsizliyin təminatıdır”

 

2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Bu sənəd ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir.

Bu sözləri Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə əlaqələri tarixə, eyni soykökə bağlılığa, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır:

“Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qədər yaşayacaq “Bir millət, iki dövlət” kəlamı münasibətlərimizin əsasında dayanır. Azərbaycan-Türkiyə qardaşlığının və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişafına nail olan Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri çox mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin dediyi kimi, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir. Hər iki ölkənin rəhbərliyinin sıx münasibətləri xalqlarımız və dünya üçün də nümunədir”.

Ölkələr arasında bir sıra sahələri əhatə edən sənədlərin imzalandığını söyləyən S.Salmanova bildirib ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında imzalanmış yüzlərlə sənədin ən stratejisi, ən möhkəm hüquqi əsaslı və gələcəyə yönəlik olanıdır:

“Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşada imzalanmış bu sənəd, iki ölkə arasında müttəfiqlik münasibətlərinin rəsmi şəkildə tanınması və qanuniləşdirilməsi deməkdir. Şuşa Bəyannaməsi yalnız bir siyasi sənəd deyil – tarixə yazılmış and, gələcəyə verilmiş sözdür. Bu sənəd iki xalqın taleyini daha da yaxınlaşdırmaqla yanaşı, regionda sülh, sabitlik və tərəqqiyə xidmət edən bir siyasi iradənin təcəssümüdür”.

Parlamentari vurğulayıb ki, Şuşa Bəyannaməsində təhlükəsizlik, müdafiə sənayesi, qarşılıqlı hərbi yardım, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlıq geniş şəkildə əhatə olunub:

“Bu sənəd, eyni zamanda regionda sülhün və sabitliyin təmin olunmasına yönəlib. Bəyannamənin hərbi hissəsində iki ölkənin orduları arasında qarşılıqlı fəaliyyət, birgə təlimlər və informasiya mübadiləsi kimi önəmli bəndlər yer alıb. Şuşa Bəyannaməsinin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə etsə də, Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır. Azərbaycan və Türkiyə hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək. Bu isə eyni zamanda bütün Cənubi Qafqazda sülhə və təhlükəsizliyə zəmanət deməkdir”.

S.Salmanova onu da bildirib ki, Şuşa Bəyannaməsinin məhz Şuşada imzalanması təsadüfi deyil: “44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra Şuşa Azərbaycan xalqının milli qürurunun və dirçəlişinin simvoluna çevrilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və bu tarixi sənədin orada imzalanması, Şuşanın həm tarixi, həm də strateji baxımdan daşıdığı əhəmiyyəti bir daha təsdiqlədi”.

Deputat onu da qeyd edib ki, hazırda milli maraqlara və müasir çağırışlara əsaslanan birgə fəaliyyətimiz və ortaq təşəbbüslərimiz ölkələrimizə inkişaf, regiona isə firavanlıq və sabitlik vəd edir, Türk dünyası üçün parlaq perspektivlər yaradır:

“Bütün bu reallıqlar Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır”.


11-06-2025, 18:17 312

Digər xəbərlər

Prezident İranın Məclis sədrini qəbul etdi - FOTOLAR

Sumqayıt Azərbaycanda ən çox yaşlı əhalinin yaşadığı şəhərdir

Beynəlxalq olimpiadalarda parlayan azərbaycanlı şagird-FOTO

Sumqayıtda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçiriləcək

Tağıyev qəsəbəsində yolların vəziyyəti sakinlərin narazılığına səbəb olur-FOTO

Deputat Elnarə Akimova şəhid və qazi ailələrini ziyarət etdi-VİDEO/FOTO

İsmayıllıda faciə: Sumqayıt sakini traktorun altında qalaraq öldü-VİDEO

Sumqayıt təhsili ağır itki ilə üzləşib – Nəzakət Amaxanova vəfat edib

Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Ömrünü təhsilə həsr edən Ayət müəllimənin doğum günüdür - FOTO

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanın Özbəkistandakı səfiri iki ölkənin ali mükafatları ilə təltif olunub

1 2 3 4 5 6 7 8 9 10 ... 1067
Dünən, 21:33
Dünən, 17:00
Dünən, 16:51
Dünən, 16:46
Dünən, 12:44
Dünən, 11:37
Dünən, 09:26
Dünən, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
23-06-2026, 15:23
23-06-2026, 15:21
23-06-2026, 13:08
23-06-2026, 10:05
23-06-2026, 09:53
23-06-2026, 09:44
23-06-2026, 09:11
23-06-2026, 09:03
22-06-2026, 20:56
22-06-2026, 20:53
22-06-2026, 17:20
22-06-2026, 16:12
22-06-2026, 16:06
22-06-2026, 10:47
22-06-2026, 10:23
22-06-2026, 10:21
22-06-2026, 10:17
22-06-2026, 10:15
22-06-2026, 09:45
22-06-2026, 08:55
22-06-2026, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
1 2 3 4 5 6 7 8 9 10 ... 1067