Sumqayıtda Qarabağ müharibəsi qəhrəmanı Yaşar Nəcəfov anılıb - FOTO

 

Bu gün Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə böyük rəşadət göstərmiş, Birinci Qarabağ müharibəsinin iştirakçısı Nəcəfov Yaşar Yusif oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Sumqayit.tv xəbər verir ki, tədbir Poeziya Klubunun direktoru, şair İbrahim İlyaslının giriş sözü ilə başlayıb. Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Yaşar Nəcəfovun keçdiyi ömür yolu, döyüş meydanlarında göstərdiyi şücaət və hərbi xidmət illəri haqqında geniş məlumat verilib. Onun haqqında hazırlanan video-çarx nümayiş etdirilib.

Anım mərasimində çıxış edənlər arasında Yaşarın döyüş yoldaşı, ehtiyatda olan mayor Məhyəddinov Dağbəyi, Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov, Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sənan Həsənov, ehtiyatda olan hərbçilər – kapitan Ağayev Nurəli, kapitan Asif Şükürov, baş leytenant İmadəddin Səlimov, baş leytenant Məmmədov Novruz, baş çavuş Həsənov Mübariz, eləcə də şəhidin yaxınları Əsgərova RəfiqəMehriban İsmayılova da yer alıb.

Çıxış edənlər Yaşar Nəcəfovun mərdliyindən, hərb meydanındakı qorxmaz davranışlarından, vətənə sədaqətindən danışaraq, onun Azərbaycan ordusunun yaddaşına qəhrəman kimi həkk olunduğunu vurğulayıblar. Bildirilib ki, Yaşar kimi qəhrəmanların fədakarlığı sayəsində bu gün torpaqlarımız azaddır.

Qeyd edək ki, Yaşar Nəcəfov 10 avqust 1966-cı ildə Qubadlı rayonunun Qubadlı qəsəbəsində anadan olub. O, 1992-ci ildən könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qatılıb. Qısa müddətdə artilleriya batareyası komandiri təyin olunan Yaşar Nəcəfov hərbi xidmət illərində kapitan və mayor rütbələrinə qədər yüksəlib.

2003-cü ildə səhhəti ilə əlaqədar ehtiyata buraxılan Yaşar Nəcəfov 2005-ci il iyunun 14-də vəfat edib. Sumqayıt şəhər qəbiristanlığında dəfn olunub. Müharibə veteranı olan mərhum iki övlad atası idi.

Tədbirin sonunda iştirakçılar şəhidin xatirəsinə həsr olunmuş xatirə şəkli çəkdiriblər.

Allah rəhmət eləsin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


21-06-2025, 20:29 609

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102