Tramp vaxt qoydu, Moskva təhlükəli silahı aktivləşdirdi – Çerniqovdan üç mesaj

 Rusiya Hərbi Kosmik Qüvvələri Ukraynanın Çerniqov vilayətinə “İsgəndər-M” raketləri ilə zərbələr endirib. Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Zərbələr, ABŞ Prezidenti Donald Trampın müharibənin dayandırılması üçün Moskvaya verdiyi qısa möhlət fonunda həyata keçirilib. Lakin Ağ Evin bəyanatlarına rəğmən, Kreml hücumları daha da intensivləşdirir.

Bəs bu vəziyyət nə ilə bağlıdır? Rusiya necə bir mesaj verir və ümumi proses hansı istiqamətə yönəlir?

Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev bildirib ki, Rusiyanın Ukraynanın Çerniqov vilayətinə endirdiyi raket zərbələri bir neçə mühüm mesajın verilməsi kimi qiymətləndirilməlidir:

Birincisi, bu hücumda istifadə olunan “İsgəndər-M” tipli raketlər yüksək dəqiqliklə strateji hədəfləri məhv edən silahlardır. Moskva məhz bu cür raketlərdən istifadə etməklə Ukraynaya və Qərbə açıq mesaj verir: “Regionda hələ də güc sahibiyik və heç bir təzyiqə, sanksiyalara baxmayaraq istədiyimizi edə bilərik. Biz əsas oyunçuyuq”.

İkincisi, Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə 50 gün vaxt verməsi və daha sonra bu müddəti azaltması ilə bağlı açıqlamaları fonunda Rusiya daha sərt mövqe sərgiləməyə başlayıb və Ukraynaya zərbələrin intensivliyini artırıb.

Üçüncüsü, Rusiya rəsmiləri anlayırlar ki, Ukrayna meydanında təkdirlər. Bu səbəbdən “öz göbəyimizi özümüz kəsməliyik” prinsipindən çıxış edərək, Kiyevi daha güclü və ardıcıl zərbələrlə tezliklə təslim olmağa məcbur etməyə çalışırlar.

Lakin bu prosesin qısa müddətdə başa çatacağını düşünmürəm. Putinin hücumları intensivləşdirməkdə əsas məqsədi Qərbin Ukraynaya olan dəstəyini zəiflətmək və yardım xəttini kəsməkdir. Nəticə etibarilə, artan hücumlar ya döyüş meydanında qələbəyə aparan yolu açmaq, ya da Ukrayna və Qərbi Rusiyanın diktə etdiyi reallıqlarla üz-üzə qoymaq məqsədi daşıyır”.

Safura Bənnayeva
Globalinfo.az

31-07-2025, 10:47 248

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102