Qolundan yaralansa da döyüşdən çəkilmədi – Sumqayıtlı şəhid Emil İsgəndərovun doğum günüdür

 Vətən Müharibəsinin qəhrəman döyüşçüsü Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Sumqayit.tv xəbər verir ki, bu gün – 5 avqust, Vətən müharibəsi şəhidi Emil Vaqif oğlu İsgəndərovun doğum günüdür. O, 1990-cı ilin bu günü Sumqayıt şəhərində, hərbçi ailəsində dünyaya gəlib.
Orta təhsilini şəhərin 10 saylı tam orta məktəbində alan Emil İsgəndərov 2011-ci ildə Quba rayonu ərazisində yerləşən N saylı hərbi hissədə Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi (XVT) sahəsində müddətdən artıq hərbi xidmətə başlayıb. 2015-ci ildə isə gizir rütbəsi alıb.
Emil İsgəndərov 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində fəal iştirak edib. Cəbrayıl, Hadrut, Qubadlı və Şuşa istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına vuruşub.
Şuşa uğrunda gedən döyüşlərdə qolundan iki güllə yarası almasına baxmayaraq, geri çəkilməyib, döyüş yoldaşlarını tək buraxmayıb. Bir müddət sonra yanına düşən minaatan mərmisi nəticəsində ağır şəkildə sol ayağından yaralanıb.
Döyüş yoldaşları tərəfindən Şuşa şəhərinə aparılsa da, qan itirmə səbəbindən şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Emil İsgəndərov ölümündən sonra aşağıdakı medallarla təltif olunub:
Ona “Vətən uğrunda” medal, “Şuşanın azad olunmasına görə” medal və “Hərbi xidmətlərdə fərqlənməyə görə” III dərəcəli medalı verilib.
Qeyd edək ki, şəhid Emil İsgəndərov ailəli olub, onun İbrahim və Nicat adlı iki azyaşlı oğlu Vətənə əmanət qalıb.

5-08-2025, 16:51 388

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102