Sumqayıtda 7 nömrəli marşrut xəttində kondisioner problemi qalır – AYNA isə 4 gündür susur

 Sumqayıt.tv-yə daxil olan çoxsaylı vətəndaş müraciətləri əsasında məlum olub ki, şəhərdə fəaliyyət göstərən 7 nömrəli marşrut xətti üzrə hərəkət edən bəzi avtobuslarda kondisioner sistemi işlək vəziyyətdə deyil.
İsti hava şəraitində sərnişinlərin narahatlığına səbəb olan bu problem, şikayətçilərin sözlərinə görə, artıq uzun müddətdir ki, davam edir. Bəzi sürücülər kondisionerin “işləmədiyini” deyərək onu qoşmaqdan imtina edirlər.
Sumqayit.tv olaraq məsələ ilə bağlı rəsmi sorğumuzu həm Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA), həm də Sumqayıt Şəhər İcra Hakimiyyətinə göndərdik. Sorğuda 7 nömrəli marşrut üzrə avtobusların ümumi sayı, kondisionerli nəqliyyat vasitələrinin faizi, texniki yoxlamaların nəticələri, sürücülərə qarşı tədbirlər və yaxın müddətdə parkın yenilənməsi barədə suallar yer alıb.
Sorğumuza cavab olaraq, Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, şəhərdə ictimai nəqliyyat parkının müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür:

 
Cari il ərzində yeni və müasir tələblərə cavab verən avtobuslar gətirilib və bu nəqliyyat vasitələri kondisioner sistemi ilə tam təchiz olunub. Kondisionerlərin işlək vəziyyətdə saxlanılması üçün monitorinq qrupları tərəfindən gündəlik yoxlamalar aparılır. Vətəndaşların rahatlığını təmin etmək məqsədilə daşıyıcı şirkətlər qarşısında konkret tələblər qoyulub. Kondisionerin işləmədiyi hallar aşkarlanarsa, məsul şəxslərlə bağlı tədbirlər görülür. Hazırda nəzarət daha da gücləndirilib.”
AYNA-nın mövqeyi isə hələlik ictimaiyyətə açıqlanmayıb. Qurumun mətbuat katibi Tural Orucova və AYNA-nın rəsmi Facebook səhifəsinin mesaj bölməsinə yazılı müraciət göndərmişik. Lakin artıq 4 gündür nə yazılı, nə də şifahi cavab verilib.
P.s AYNA-nın bu mövzuda susqunluğu yalnız ictimaiyyətin narahatlığını artırır. Media sorğularına vaxtında cavab verməmək, xüsusilə də vətəndaşların sağlamlığı və rahatlığı ilə bağlı bir məsələdə, məsuliyyətli dövlət qurumunun imicinə uyğun deyil.
Əgər nəzarət və texniki yoxlamalar aparılırsa, nəticələrin ictimaiyyətlə bölüşülməməsi şəffaflıq prinsiplərinə ziddir.
Sumqayit.tv məsələni diqqətdə saxlayacaq və AYNA-dan gələcək rəsmi cavabı ictimaiyyətə çatdıracaq.

Məleykə Xankişiyeva, Sumqayit.tv

8-08-2025, 16:42 455

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102