Rusiya Paşinyanı fiziki aradan qaldırmaq üçün vasitələrə əl ata bilər - ŞƏRH

Baş nazir də yəqin ki, bu riskin fərqindədir və öz təhlükəsizliyi üçün tədbirlər görür

Ermənistan və Rusiya arasında uzun illər boyu dərin siyasi və strateji əlaqələr mövcud olub. Lakin Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə bu münasibətlərdə ciddi dəyişikliklər baş verib. Regionda yeni geosiyasi dinamikalar formalaşıb. Xarici güclərin, xüsusilə ABŞ-nin Qafqazdakı rolu artdıqca Moskvanın bölgədəki təsiri zəifləməyə başlayıb. Bu isə Ermənistan daxilində siyasi vəziyyətin mürəkkəbləşməsinə və Nikol Paşinyanın mövqeyinin sınağa çəkilməsinə səbəb olub.


Politoloq Elçin Abdullayev mövzunu Sherg.az-a şərh edib:

"Nikol Paşinyan iqtidara gəldikdən sonra Rusiya ilə Ermənistan arasında münasibətlərdə kifayət qədər sərin küləklər əsdi. Bu əsən küləklərin fonunda Rusiyanın reputasiyasının zədələndiyini müşahidə etdik. Avqustun 8-də Vaşinqtonda Ermənistan, Azərbaycan və ABŞ arasında keçirilən görüş və həmin görüşdə imzalanan sənəd Rusiyanın bölgədəki nüfuzunu zədələdi. Rusiya rəsmiləri ilkin olaraq ABŞ-nin vasitəçiliyini qismən müsbət qiymətləndirdilər. Amma eyni zamanda bildirdilər ki, xarici müdaxilə bölgədəki vəziyyəti daha da gərginləşdirə bilər. Bu isə o deməkdir ki, rəsmi Moskva dolayısı ilə ABŞ-nin Qafqazdakı mövcudluğunu və Ermənistan-Azərbaycan arasında oynadığı rolu müsbət dəyərləndirmir. Moskva çox yaxşı anlayır ki, əgər ABŞ 99 illiyə Ermənistanın BMT-də tanınan sərhədlərində, xüsusilə də Zəngəzur dəhlizi adlandırılan bölgədə fəaliyyət göstərəcəksə, bunun əsas səbəbkarı və Rusiyanın baxış bucağından günahkarı məhz Nikol Paşinyandır".

Politoloq Rusiyanın Ermənistana, xüsusilə də Nikol Paşinyana qarşı sərt addımlar atacağının istisna olmadığını bildurib:

"Bunun açıq hərbi münaqişə formasında olacağını düşünmürəm. Çünki Rusiya hazırda Ukrayna müharibəsində ciddi şəkildə ilişib qalıb və ikinci cəbhənin açılması Kremlin sonunu gətirə bilər. Ancaq keçmiş təcrübələrə nəzər salsaq, bu qənaətə gəlmək olar ki, Rusiya Paşinyanı fiziki aradan qaldırmaq üçün vasitələrə əl ata bilər. Bu, bir çox siyasətçilərin də fikridir. Paşinyanı terror aktı və ya başqa üsullarla aradan götürmək mümkündür. Keçmişdə-1999-cu ildə Ermənistan parlamentində baş verən terror aktı buna bariz nümunədir. Bu isə ehtimal yaradır ki, Rusiya növbəti dəfə də Paşinyana qarşı oxşar plan qura bilər. Bu ehtimalları zaman göstərəcək. Paşinyan da yəqin ki, bu riskin fərqindədir və öz təhlükəsizliyi üçün tədbirlər görür. Rusiyanın mövqeyi zamanla məlum olacaq".

11-08-2025, 20:24 305

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102