
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) rəsmi sosial şəbəkə hesabında “Qarabağ” klubu barədə paylaşım edib.
Paylaşımda Ağdam təmsilçisinin ardıcıl iki görüşdə qələbə qazanması xüsusi vurğulanıb.
Xatırladaq ki, “köhlən atlar” UEFA Çempionlar Liqasının liqa mərhələsində:
ilk turda səfərdə “Benfika”nı 3:2 hesabı ilə məğlub edib,
ikinci turda isə evdə “Kopenhagen” üzərində 2:0 hesablı qələbə qazanıb.