
Sumqayıtda toy mərasimi zamanı faciə baş verib.Sumqayit.tv xəbər verir ki, şəhərin 17-ci mikrorayonunda yerləşən şadlıq saraylarından birində 1955-ci il təvəllüdlü Yarəliyev Əliflan Nəzər oğlu rəqs edərkən qəfildən halı pisləşib.
Yaxınlarının və mərasim iştirakçılarının ilk tibbi yardım cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.