Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib - FOTO

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da NATO nümayəndə heyətini qəbul edib.

Sumqayit.tv xəbər verir ki, nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çexiya, Portuqaliya və İspaniyanın NATO-dakı daimi nümayəndələri, eləcə də ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxil olub.

Türkiyənin alyansdakı daimi nümayəndəsi Basat Öztürk çıxışı zamanı Prezident İlham Əliyevin NATO mənzil-qərargahına səfərlərini məmnunluqla xatırladıb, Azərbaycanın inkişafının təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğunu və ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə gücləndiyini vurğulayıb.

Qonaqlar həmçinin Azərbaycan-Ermənistan sülh gündəliyi istiqamətində Vaşinqtonda əldə olunan razılaşmalar münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıblar. Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib və bu prosesdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib.

Prezident İlham Əliyev çıxışında bildirib ki, Əfqanıstandakı əməliyyatlara dəstək Azərbaycanın NATO ilə əməkdaşlığının mühüm hissəsidir. O, həmçinin regional inkişaf, enerji təhlükəsizliyi və digər istiqamətlər üzrə əməkdaşlığın da vacibliyini vurğulayıb.

Dövlət başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması prosesinin davam etdiyini, bu istiqamətdə Türkiyə ilə sıx əməkdaşlıq qurulduğunu qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın torpaqlarının işğaldan azad olunmasının əsas strateji məqsəd kimi reallaşdığını bildirib və ordunun müasirləşdirilməsi prosesinin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Görüşdə Azərbaycanın NATO-nun dəyərli tərəfdaşı kimi Əfqanıstandakı “Qətiyyətli Dəstək” əməliyyatlarında göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. Eyni zamanda, ölkəmizin regional nəqliyyat və logistika mərkəzi kimi rolu qeyd olunub.

Azərbaycanın alyans üzvləri ilə strateji tərəfdaşlıq əlaqələri, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində 1994-cü ildən bəri fəal iştirakı və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.


 


6-11-2025, 13:43 86

Digər xəbərlər

Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Ömrünü təhsilə həsr edən Ayət müəllimənin doğum günüdür - FOTO

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanın Özbəkistandakı səfiri iki ölkənin ali mükafatları ilə təltif olunub

Ərdoğandan Pezeşkiana: Hazırıq!

Sərdar Berdiməhəmmədovun Bakı səfəri nə vəd edir?

Səbinə Salmanova: Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı daha da güclənir

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib-VİDEO

Sumqayıtda 122 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

MRT dövrü bitdi: insan bədənini 60 saniyəyə skan edən cihaz təqdim olundu

Əraqçi: Razılaşmalar icra olunarsa, regionda yeni mərhələ başlaya bilər

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Dünən, 20:57
Dünən, 20:42
Dünən, 20:28
Dünən, 15:45
Dünən, 15:23
Dünən, 15:21
Dünən, 13:08
Dünən, 10:05
Dünən, 09:53
Dünən, 09:44
Dünən, 09:11
Dünən, 09:03
22-06-2026, 20:56
22-06-2026, 20:53
22-06-2026, 17:20
22-06-2026, 16:12
22-06-2026, 16:06
22-06-2026, 10:47
22-06-2026, 10:23
22-06-2026, 10:21
22-06-2026, 10:17
22-06-2026, 10:15
22-06-2026, 09:45
22-06-2026, 08:55
22-06-2026, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
19-06-2026, 15:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1066