Sumqayıt Dövlət Universitetinə yeni rektor təyin olunub

 
Sumqayıt Dövlət Universitetinə yeni rektor təyinatı həyata keçirilib.

Sumqayit.tv xəbər verir ki, barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Nurəli Adil oğlu Yusifbəyli universitetin rektoru vəzifəsinə təyin edilib.

1963-cü il təvəllüdlü Nurəli Yusifbəyli Azərbaycanın əməkdar mühəndisi və əməkdar elm xadimidir. O, 1980-ci ildə Kiyev Politexnik İnstitutunun Elektroenergetika fakültəsinə daxil olub, 1986-cı ildə həmin ali təhsil ocağını “Elektrik sistemlərinin kibernetikası” ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 1986-cı ildə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində başlayan N.Yusifbəyli burada müxtəlif vəzifələrdə çalışıb. Sonrakı illərdə “Azərenerji” sistemində dispetçer, böyük dispetçer, mərkəzi dispetçer xidmətinin rəisi, baş dispetçer və baş mühəndisin müavini kimi mühüm vəzifələrdə fəaliyyət göstərib. O, həmçinin “Azərenerji” ASC-nin müxtəlif struktur bölmələrində rəhbər vəzifələr tutub, o cümlədən Mərkəzi Dispetçer İdarəsinin rəisi və Elmi-Tədqiqat Energetika İnstitutunun direktoru olub.

2012-ci ildən etibarən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyində müxtəlif vəzifələrdə çalışan N.Yusifbəyli nazirin müşaviri və Strateji planlaşdırma şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2015-ci ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin olunub və 2020-ci ilə qədər bu vəzifədə çalışıb.

2021-ci ilin yanvar ayından Azərbaycan Texniki Universitetində Tədris işləri üzrə prorektor vəzifəsini icra edib.

Nurəli Yusifbəyli texnika elmləri doktoru, professordur. O, 8 kitabın, 170-dən çox elmi əsərin, 3 patentin, 3 Azərbaycan Standartının, həmçinin bir sıra dərs vəsaiti və müəlliflik şəhadətnamələrinin müəllifidir. Eyni zamanda, beynəlxalq elmi jurnalın baş redaktoru kimi fəaliyyət göstərir və uzun illərdir pedaqoji fəaliyyətlə məşğuldur.

Yeni rektor ailəlidir, iki övladı var.


5-05-2026, 17:19 358

Digər xəbərlər

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanın Özbəkistandakı səfiri iki ölkənin ali mükafatları ilə təltif olunub

Ərdoğandan Pezeşkiana: Hazırıq!

Sərdar Berdiməhəmmədovun Bakı səfəri nə vəd edir?

Səbinə Salmanova: Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı daha da güclənir

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib-VİDEO

Sumqayıtda 122 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

MRT dövrü bitdi: insan bədənini 60 saniyəyə skan edən cihaz təqdim olundu

Əraqçi: Razılaşmalar icra olunarsa, regionda yeni mərhələ başlaya bilər

Sumqayıtda bıçaqlanma: Yaralının son durumu ilə bağlı AÇIQLAMA-VİDEO

İki xain aqressorun xəyanət günü – milyonlarla insanın qiyamət günü

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Bu gün, 20:28
Bu gün, 15:45
Bu gün, 15:23
Bu gün, 15:21
Bu gün, 13:08
Bu gün, 10:05
Bu gün, 09:53
Bu gün, 09:44
Bu gün, 09:11
Bu gün, 09:03
Dünən, 20:56
Dünən, 20:53
Dünən, 17:20
Dünən, 16:12
Dünən, 16:06
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:21
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 09:45
Dünən, 08:55
Dünən, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
19-06-2026, 15:19
19-06-2026, 10:16
18-06-2026, 23:25
1 2 3 4 5 6 7 8 9 10 ... 1066