Sumqayıtlı gənc beynəlxalq robot çempionatında Azərbaycanı zirvəyə daşıdı-FOTOLAR

   
Sumqayıtlı gənc Rafail Namazov beynəlxalq robototexnika yarışında əldə etdiyi uğurla Azərbaycanın adını bir daha yüksəklərə qaldırıb.
Suqmayit.tv xəbər verir ki, Azərbaycanda keçirilən "World Robot Caspian Cup 2026" beynəlxalq çempionatında iştirak edən Sumqayıt şəhər 23 nömrəli Texniki Fənlər Təmayüllü Liseyin 6D sinif şagirdi Rafail Namazovun daxil olduğu "Under Bot" komandası yarışın ən çətin kateqoriyalarından hesab olunan "RoboSoccer"(Robot futbolu) üzrə bütün rəqiblərini geridə qoyaraq I yerə layiq görülüb və qızıl medalla təltif edilib.
Qeyd edək ki, "World Robot Caspian Cup 2026" texnologiya, mühəndislik və süni intellekt sahəsində gənclərin bacarıqlarını nümayiş etdirdiyi nüfuzlu beynəlxalq yarışlardan biridir. Çempionat Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Azərbaycan Kiberidman Assosiasiyası (AKTA), Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası (AREA) və Dünya Robot İdman Növləri Təşkilatının (WORSO) tərəfdaşlığı ilə təşkil olunub.
"RoboSoccer" kateqoriyasında iştirakçılar özlərinin proqramlaşdırdığı robotlarla futbol oynayır. Bu istiqamət süni intellekt, proqramlaşdırma, mühəndislik və taktiki idarəetməni bir araya gətirən ən mürəkkəb yarış kateqoriyalarından hesab olunur.
Sumqayit.tv kollektivi olaraq beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edən sumqayıtlı gənc Rafail Namazovu ürəkdən təbrik edir, gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

 

 

 


29-06-2026, 09:30 327

Digər xəbərlər

Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu-FOTO

Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı AÇIQLAMA VERDİ-FOTO

Sumqayıtın öz nəqliyyat kartı olacaq? – AYNA-dan AÇIQLAMA

Sumqayıtda ağacların qanunsuz kəsilməsi nəticəsində 71 min manatdan çox ziyan vurulub

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb?

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 21:24
Dünən, 20:31
Dünən, 16:03
Dünən, 13:03
Dünən, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
14-08-2026, 15:27
14-08-2026, 13:45
14-08-2026, 13:44
14-08-2026, 13:29
14-08-2026, 12:37
14-08-2026, 12:25
14-08-2026, 12:08
14-08-2026, 11:52
14-08-2026, 10:35
14-08-2026, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1098