Təmizlədilər, cəmi 4 gün sonra yenidən zibilliyə çevrildi – Sumqayıtda biabırçı mənzərə -FOTO

 
Sumqayıtda eyni problem yenidən təkrarlanır: Təmizlənən ərazi 4 gün sonra yenidən zibilliyə çevrildi.

Sumqayıt şəhərinin Çerkassi küçəsində, "Qəbələ" restoranının qarşısında yaranmış antisanitar vəziyyətlə bağlı Sumqayit.tv-də 4 gün əvvəl yayımlanan xəbərdən sonra aidiyyəti qurumlar operativ tədbir görərək ərazidəki tullantıları təmizləmişdilər. Lakin problem qısa müddət sonra yenidən əvvəlki vəziyyətinə qayıdıb.


Redaksiyamıza göndərilən son fotolardan görünür ki, ərazidə yerləşən 3 ədəd tullantı konteyneri yenidən dolub, məişət və iri həcmli tullantılar konteynerlərə sığmadığı üçün ətrafa səpələnib. Antisanitar vəziyyət daha da ağırlaşıb. Fotolardan birində ərazidə ölmüş itin olması da vəziyyətin nə qədər təhlükəli həddə çatdığını açıq şəkildə göstərir.


Sakinlərin sözlərinə görə, əsas problem zibil qutularının sayının az olması deyil, tullantıların vaxtında daşınmamasıdır. Nəticədə isti havalarda əraziyə kəskin üfunət iyi yayılır, müxtəlif zərərvericilər çoxalır və bu hal həm ətraf mühit, həm də insanların sağlamlığı üçün ciddi risk yaradır.


Bu vəziyyət göstərir ki, problemin birdəfəlik təmizləmə aksiyası ilə həll edilməsi kifayət deyil. Ərazidə tullantıların müntəzəm qrafik əsasında daşınması, konteynerlərə daimi nəzarətin təmin edilməsi və antisanitar vəziyyətin təkrarlanmaması üçün sistemli tədbirlər görülməlidir.


Ümid edirik ki, aidiyyəti qurumlar məsələni yenidən diqqətdə saxlayacaq, yaranmış vəziyyəti qısa zamanda aradan qaldıracaq və bu problemin təkrar yaşanmaması üçün zəruri addımlar atacaqlar.


Qeyd: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


 


30-06-2026, 10:33 108

Digər xəbərlər

Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu-FOTO

Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı AÇIQLAMA VERDİ-FOTO

Sumqayıtın öz nəqliyyat kartı olacaq? – AYNA-dan AÇIQLAMA

Sumqayıtda ağacların qanunsuz kəsilməsi nəticəsində 71 min manatdan çox ziyan vurulub

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb?

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 21:24
Dünən, 20:31
Dünən, 16:03
Dünən, 13:03
Dünən, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
14-08-2026, 15:27
14-08-2026, 13:45
14-08-2026, 13:44
14-08-2026, 13:29
14-08-2026, 12:37
14-08-2026, 12:25
14-08-2026, 12:08
14-08-2026, 11:52
14-08-2026, 10:35
14-08-2026, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1098