Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinə səfər edən ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinlə görüşünü dəyərləndirib.Bu barədə Zelenski "Telegram" kanalında məlumat yayıb.
Zelenski Ukraynaya səfər edən ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinlə Ukraynaya yardım və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə etdiklərini bildirib.
Ukraynaya göstərdiyi köməyə görə ABŞ-a təşəkkür edən Zelenski, "Biz Blinken və Ostinlə Ukraynaya müdafiə yardımı, maliyyə dəstəyi və təhlükəsizlik təminatlarını, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə etdik”, - deyə bildirib.