Bir sıra ölkələrin beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə növbəti beynəlxalq konfrans gələn il Laçında baş tutacaq. Sumqayit.tv xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda qərar verib.
Konfransın birinci günü dünən Şuşada keçirilib, ikinci günü isə Azərbaycan Prezidentinin iştirakı ilə Bakıda ADA Universitetində keçirilir.