İlham Əliyev: “Ukrayna üçün ən önəmlisi torpaqlarının işğalı ilə barışmamaqdır”



“Qərbdən olan tərəfdaşlar mənə deyirdilər – siz məğlub olmusunuz, torpaqlarınızın işğalını qəbul etməlisiniz, ərazi bütövlüyü məsələnizə yenidən baxmalısınız. Ancaq mən həmişə xeyr cavabını verirdim! Bu işdə inadkar, qətiyyətli olduğum üçün məni tənqid ediblər”.
“Caliber” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Rusiya-Ukrayna müharibəsi ilə bağlı sualı cavablandırarkən bildirib.
“Mənim sizə məsləhətim - heç vaxt ərazi bütövlüyünüzün pozulması ilə barışmayın. İkinci məsləhət - həmişə öz resurslarınıza güvənin və beynəlxalq strukturların qətnamələrinə fikir verməyin, onların heç bir təsir gücü yoxdur. Ermənistan 30 il idi ki, BMT-nin qoşunları Azərbaycan ərazisindən çıxarılması ilə bağlı qətnaməsinə məhəl qoymurdu”.
Ölkə başçısı bəyan edib ki, Azərbaycan güclü ordu, güclü iqtisadiyyat və gənclərinə vətənpərvərlik əhvali-ruhiyyəsi aşılamaqla Qarabağ məsələsini həll etdi:
“Biz ordumuza böyük məbləğdə vəsait ayırırıq, əlbəttə ki, bizim vətənpərvərliyimiz hədsiz dərəcədə yüksək idi... Ermənistana kömək ediləcəyi aydın idi, lakin bu, bizə dayandırmadı. Mən Ermənistanın baş nazirinə qoşunlarını ərazilərimizdən çıxartmaq üçün imkan verdim, amma o, Azərbaycanın qalib gələcəyinə inanmırdı. Amma biz irəlilədik və sonda Ermənistan bizim tələblərimizlə razılaşmaq məcburiyyətində qaldı. Ən önəmlisi millətin qalib ruhudur. İndi biz gördüyümüz işlərlə fəxr edirik. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, həm Rusiya, həm də Ukrayna ilə əla münasibətlərimiz var. Ərazi bütövlüyü prinsipləri pozulmamalıdır. Yeri gəlmişkən, biz həm Moldovanın, həm də Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik”.

29-04-2022, 16:30 333

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101