İcra hakimiyyətlərinin ləğvinə HAZIRLIQ GEDİR

Ötən həftə Prezident İlham Əliyev "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı icra hakimiyyətlərinin ləğvinin anonsunu verib. Prezident azad edilmiş ərazilərdə tətbiq edilən xüsusi nümayəndəlik təsistatının simasında yeni idarəçilik modelinin sınaqdan keçirildiyini və digər ərazilərdə də bunun tətbiq olunacağını bildirib.
 
"Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq. Çünki Bakıda qəbul etdiyimiz qərarların hamısı insanların həyat şəraitinin və infrastrukturun yaxşılaşdırılması, iqtisadi inkişaf məqsədi daşıyır, amma bəzən onlar regionlarda icra edilmir və insanlar bunu görmür", - dövlət başçısı vurğulayıb.
 
İcra hakimiyyətlərinin ləğvi nə vaxta planlaşdırılır? Yeni idarəetmə sistemindən gözləntilər nələrdir?
 
Bununla bağlı danışan Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin fikrincə, bütün sahələrdə olduğu kimi, idarəetmə strukturlarında da islahatın həyata keçirilməsi zamanın tələbidir. Komitə sədri bu istiqamətdə bir çox işlərin görüldüyünü bildirib.


"İki rayonun icra hakimiyyətlərinin ləğvi, digər tərəfdən işğaldan azad edilmiş ərazilərdə ölkə başçısının səlahiyyətli nümayəndəliklərinin yaradılması və ora nümayəndələrin təyin edilməsi onu deməyə əsası verir ki, islahatlar sistemli şəkildə davam etdiriləcək. Ancaq burada bir çox düşünüləsi məqamlar var.
 
Əlbəttə, bu gün tez bir zamanda bütün icra hakimiyyəti orqanlarını ləğv etmək müəyyən problemlərə səbəb ola bilər. Hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərdə effektiv idarəçilik bərqərar olmalı, yeni strukturlar yaradılmalıdır. Bu öz nəticələrini verdikdən sonra ölkənin digər hissələrinə də şamil oluna bilər” , - deyə komitə sədri islahatların gözləntilərini dilə gətirib.
 
Tahir Rzayev qeyd edib ki, bu gün rayon icra hakimiyyətləri bölgələrin sosial-mədəni həyatının idarə olunmasında, insanların tələb və istəklərinin həyata keçirilməsində, mövcud problemlərin aradan qaldırılmasında və müəyyən məsələlərin yuxarı orqanlara çatdırılmasında böyük rola malikdirlər:
 
"Bunun nəticəsində regionlarda sosial iqtisadi inkişaf təmin olunur. Lakin ölkə rəhbəri də xatırlatdı ki, islahatların həyata keçirilməsi qaçılmazdır. Ona görə, gələcəkdə bu sahədə addımların atılacağı istisna edilmir”.
 
Qeyd edək ki, icra hakimiyyətlərinin ləğvi məsələsi bir neçə dəfə gündəmə gətirilib. Bundan əlavə rayonların birləşdirilməsi, yeni idarəetmə mexanizminin tətbiqi təklif olunub. Ölkə başçısının çıxışında vurğuladığı kimi, ilk olaraq Qarabağda tətbiq olunan yeni sistemin Azərbaycanın digər ərazilərində də sınaqdan keçirilməsi artıq reallığa çevrilir. Yeni idarəetmə modeli ümumilikdə müsbət qiymətləndirilir və effektiv olacağı şübhə doğurmur.
Modern.az




6-05-2022, 12:40 165

Digər xəbərlər

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 22:30
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102