Bahalaşır, çəkisi azaldılır, istehsalçı adları gizlədilir: Çörəklə bağlı problemlər niyə həll olmur?



Təxminən bir aydan çoxdur, ölkə bazarında unun və çörəyin qiymətinin artması çəkisinin kəskin azalması ilə nəticələnib. Bəzi çörək istehsalçıları strateji məhsulun çəkisində azalma olmadığını iddia edirlər. Araşdırmalar göstərir ki, çörək bağlamalarında göstərilən çəki ilə xalis çəki arasında 25 qramdan 50 qrama qədər fərq var.
Hazırda marketlərdə çörəyin qiyməti unun keyfiyyətindən, tərkibindən, qablaşdırmadan və çəkidən asılı olaraq dəyişir.
Bu gün yerli bazarda 65 qəpikdən 5 manata qədər müxtəlif tərkibdə və çəkidə çörək satılır. Bu situasiyalarda isə çox vaxt qiymətlərin şişirdilməsi və çəki ilə bağlı sui-istifadə halları baş verir. 
Xatırladaq ki, aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirildi. Hökumət başçısı həmin müşavirədə qiymətlərin süni surətdə artırılması hallarının mövcudluğundan danışdı. Prezident süni qiymət artımının qarşısının alınması, eləcə də çörək və digər məhsulların qiymətinə nəzarət etmək üçün hökumətə tapşırıqlar verdi. Nazirlər Kabineti isə öz növbəsində çörəklə bağlı yerli bazarda monitorinqlər apardıqlarını bəyan etdi.
Maraqlıdır, monitorinqlərin nəticəsi niyə ictimaiyyətə açıqlanmır? Satılan çörəklərin çəkisi niyə azaldılır?
Tacirlər və İstehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanov Bizim.Media-ya açıqlamasında sözügedən sahənin pərakəndə və özbaşına buraxıldığını deyib:
“Zavod çörəkləri 500-750 qram çəkidə satılmalıdır. Amma hər çörək 15, 20, 25 və 30 qram əskikdir. Hər çörəkdən 25-30 qram kəsilirsə, görün bundan nə qədər xeyir götürülür. Üstəlik, çörəyin istehlak edilməsi ilə bağlı ilin sonunda aparılan hesabatlarda statistika səhv qeydə alınır. Təbii ki, bazarda istehlakçılar çoxdur, istədikləri çeşiddə və çəkidə çörək istehsal edib satırlar. Amma İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həm çörəyin çəkisinə, həm qiymətinə, həm də keyfiyyətinə nəzarət etməlidir. Yoxlamanı aparmaqla deyil, əsas odur ki, məsələnin üstünə gedəsən. Sahibkar etdiyi əmələ görə 100-200 manat cərimələnirsə, bu da fayda verməyəcək”. 
S.Rəhmanovun sözlərinə görə, bu gün bir çox çörək bağlamalarının üzərində istehsalçı adları gizlədilir:
“Bu da ciddi problemdir. Hər bir istehlakçının hüququdur ki, çörək alarkən çəkisini yoxlatdırsın. Əgər əskiklik varsa, aidiyyəti qurumlara müraciət etsin. Amma istehsalçı adları gizlədilirsə, bu da ayrı problem yaradır. Demək ki, bütün bunlar məsuliyyətdən qaçmaqdır. Çörəyin standartı olmalıdır, istehsalı və satışında dəyişikliklər edilməlidir. Hər şey başlı-başına buraxılıb. Ona görə də kim nə istəyirsə, onu da edir. 20 ildən artıqdır, çıxışlarımda bəyan edirəm və indi də təkrarən bildirirəm ki, ticarət haqqında qanun qəbul edilməlidir”.
Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri, AQTA yanında İctimai Şuranın sədri Eyyub Hüseynov isə hesab edir ki, çörəyin qiymətini sabit saxlamaq səhv siyasətdir:
“Bu, zavod çörəyi istehsalçılarına böyük basqıdır. Düzdür, strateji məhsul olduğu üçün dövlət bu məsələni diqqətdə saxlayır. Məndə olan məlumata görə, İqtisadiyyat Nazirliyi çörəklə bağlı gündəlik monitorinq aparır. Amma çörəyin qiyməti sərbəst buraxılmalıdır. Hökumətin vəzifəsi budur ki, zavod çörəyi seqmentində rahat rəqabət mühiti yaratsın. Əgər rəqabət mühiti yaradılarsa, orada qiymət aşağı düşəcək, keyfiyyət qalxacaq, çəkisi isə normallaşacaq. Belə bir şəraitdə çörək istehsalçıları vəziyyətdən çıxmaq və qırmızı xəttin üstündən yıxılmamaq üçün bu cür yollara əl atırlar”. 
Eyyub Hüseynov hazırda çörəyin çəkisi ilə bağlı xüsusi standartın olmadığını vurğulayıb:
“Qiymət sərbəst olduğu kimi, çəki də sərbəstdir. Kim necə istəyirsə, o çəkidə də çörək istehsal edə bilər. Bazar inzibati təzyiqləri xoşlamır. Ümumiyyətlə, hökumət siyasətini dəyişməli, bazarda rahat rəqabət mühiti yaradılmalıdır. Bu olmasa, qiymət qalxacaq, çəki isə aşağı düşəcək. Ona görə də bazara yeni oyunçular daxil olmalıdır”.

11-05-2022, 12:30 202

Digər xəbərlər

Sumqayıt üzrə aprelin pensiya ödənişləri yekunlaşıb

İşdən çıxarılan Rəşad Əhmədalıyevin böyük sərvəti ortaya ÇIXDI - Siyahı adamı heyrətləndirir

Türkiyə universitetlərinin nümayəndələri Sumqayıt Sənaye Parkında olublar - FOTO

Sumqayıtda konsert biletləri zorla satılır? – AÇIQLAMA

Sumqayıtda məlumat lövhəsi təhlükə yaradır? – Sakinlər narazıdır-VİDEO

Metroda giriş-çıxış bağlandı, sərnişinlər tuneldə qaldı

Sumqayıtın deputatı Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq tədbirlərdə iştirak edib-FOTOLAR

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumun işi Ali Məhkəmədə

Sumqayıtda şəhid Kənan Allahverdiyev adına yol yararsız vəziyyətə düşüb –ŞİKAYƏT

Sumqayıtlıların NƏZƏRİNƏ: Bəzi ərazilərdə su olmayacaq

Sumqayıtda baş memar postu ona həvalə edilib - FOTO

Türkiyə universitetlərinin nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

Sumqayıt Regional Mərkəzinin əməkdaşı Azərbaycan çempionatında medal qazandı

Sumqayıt məktəbliləri üçün vacib xəbər: 9-cu sinif buraxılış imtahanı aprelin 26-da keçiriləcək

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan sonuncusu da evə buraxıldı

Sumqayıtda yarımstansiyaların yaxınlığında aparılan tikinti işlərinə AYDINLIQ GƏTİRİLDİ - VİDEO

“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı

Şikayət: Sumqayıtda bataqlıqlar artıb, yağış suları çəkilmir - VİDEO

AQTA-dan Sumqayıt məktəbləri ilə bağlı ciddi açıqlama: 21 məktəbdə sanitar pozuntular aşkarlanıb

Azərbaycanda uşaqpulu verilə bilərmi? – İqtisadçıdan diqqətçəkən açıqlama

1 2 3 4 5 6 7 8 9 10 ... 1042
Dünən, 18:51
Dünən, 18:18
Dünən, 18:12
Dünən, 17:41
Dünən, 15:09
Dünən, 14:16
Dünən, 13:49
Dünən, 10:51
Dünən, 09:58
20-04-2026, 23:24
20-04-2026, 22:50
20-04-2026, 18:22
20-04-2026, 18:17
20-04-2026, 18:12
20-04-2026, 18:06
20-04-2026, 15:00
20-04-2026, 12:56
20-04-2026, 12:34
20-04-2026, 11:25
20-04-2026, 10:35
20-04-2026, 08:00
19-04-2026, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1042