Rusiya prezidenti Qərbə xəbərdarlıq etdi


Qərbin sanksiyalara aludəçiliyinin davam etməsi qaçılmaz olaraq ən mürəkkəb, geri qaytarılması çətin nəticələrə gətirib çıxaracaq.

Bunu cümə axşamı Rusiya prezidenti Vladimir Putin iqtisadi məsələlər üzrə müşavirədə deyib.
 
"Aydındır ki, obyektiv iqtisadi qanunlara görə, sanksiya vəsvəsəsinin davam etməsi, əgər belə deyə bilərəmsə, istər-istəməz Avropa İttifaqı, onun vətəndaşları, eləcə də dünyanın ən kasıb ölkələri üçün ən mürəkkəb, həlledilməz nəticələrə gətirib çıxaracaq. Onsuz da dünya aclıq riski ilə üz-üzədir”, - Putin bildirib.
 
O vurğulayıb ki, "bunun günahı tamamilə Qərb ölkələrinin elitasındadır, onlar qlobal hökmranlıqlarını saxlamaq üçün dünyanın qalan hissəsini də qurban verməyə hazırdırlar”.

Putin vurğulayıb ki, Rusiya Qərb sanksiyalarının doğurduğu xarici çağırışların öhdəsindən gəlir.
 
"İnflyasiya tədricən azalır, son bir ayda onun tempi mart ayı ilə müqayisədə bir neçə dəfə azalıb. Artıq həftəlik qiymət artımı 0,1 faizə düşüb - bu, artıq Rusiya Bankının inflyasiya hədəfinə uyğun gələn həftəlik artım tempinə yaxındır”, - Rusiya prezidenti vurğulayıb.

Putin deyib ki, bu il rublun məzənnəsi dünyanın bütün valyutaları arasında ən yaxşı dinamikanı nümayiş etdirir.
 
Rusiya fevralın 24-də Ukraynada müharibəyə başlayıb.

Buna cavab olaraq Qərb ölkələri bir sıra anti-Rusiya sanksiyaları tətbiq edib. Bir çox xarici şirkətlər Rusiya Federasiyasında fəaliyyətini dayandırıb.


12-05-2022, 17:50 167

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 23:18
Bu gün, 22:30
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102