“İsveç əsl terror yuvasıdır”.Bu ifadəni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Kitabxana Söhbətləri” proqramında Türkiyənin müxtəlif vilayətlərindən gələn gənclərlə görüşü zamanı səsləndirib.
Ərdoğan deyib ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına “yox” deyəcək.
“NATO təhlükəsizlik təşkilatıdır, terror təşkilatlarını qəbul edə bilmərik. Bu ölkələr PKK/YPG-yə ev sahibliyi edirlər”, - deyə Türkiyə rəhbəri vurğulayıb.