Əli Həsənov Şahbaz Quliyevin ittihamlarına CAVAB VERDİ



“Mən Xural TV-yə baxmıram, o, adamla da əlaqədar heç bir şey demirəm”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov Şahbaz Quliyevin ona qarşı ittihamlarına cavab verərkən deyib. O, daha sonra fikirlərini belə davam etdirib:

“Zəng edin Dilqəm Əsgərova, ondan soruşun o deyər. Şahbaz adlı adam tanımıram, heç görməmişəm də onun üzünü”. 

Ə.Həsənov Şahbaz Quliyevlə Dilqəm Əsgərovu Kəlbəcərə göndərməsi ilə bağlı iddialarına da münasibətini bildirib:

“Mən Müdafiə Nazirliyi zadam, yoxsa xüsusi xidmət orqanıyam? Dilqəm Əsgərova yığın, o, deyəcək onun danışdıqları nədir və nə üçün danışır. Mənim onla heç bir əlaqəm olmayıb, elə adam da tanımıram”.

Qeyd edək ki, uzun müddət erməni girovluğunda qalmış Şahbaz Quliyev Xural TV-yə müsahibəsində sensasion açıqlama verib. Ş.Quliyev deyib ki, Dilqəm və onu Kəlbəcərə o vaxt baş nazirin müavini olan "Qaçqınkom"un keçmiş sədri Əli Həsənov göndərib. O, Kəlbəcərə Əli Həsənovun kabinetindən yola salındıqlarını və əllərinə silah, qranat verildiyini iddia edib. 

“O vaxta kimi gözəl həyatım var idi. Xan-bəy kimi yaşayırdım. Məni çağırıb, "dövlətə lazımsan" deyib, göndərdilər. Əslində, məni tək göndərmək istəyirdilər. Dedim, Dilqəm yaxşı tanıyır oraları. Həmin vaxtı Dilqəm tutulmuşdu. Şəmkirdə polisə düşmüşdü. Onu çıxartdırıb gətirdilər bələdçi kimi. Həsən Həsənov da bizimlə getdi.Əli Həsənova verdiyim kaseti əsir düşən günü Xankəndidə ermənilər gətirib stolumun üstünə qoydular. Hazırda qollarım pis gündədir, əllərimdə yandırılan siqaretlərin izi hələ də getməyib. Burnum qırıqdır. Hər yerim zədəlidir, müalicə alıram. Dövlət isə ayda 180 manat pul verir".

19-05-2022, 15:10 464

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102