Nizami parkı niyə bu gündədi ? - ŞİKAYƏT

Sumqayit.tv-nin redaksiyasına növbəti oxucu məktubu daxil olub. Eldəniz Tariverdiyev adlı Sumqayıt sakini öz məktubunda doğma Sumqayıtın probleminə ürək ağrısı ilə yanaşır: "Əziz sumqayıtlılar ! Güman edirəm ki, Sumqayıtı sevən sakin kimi gördüyüm problemi ifadə etsəm, məsul şəxslərdən kimsə görər, oxuyar, bəlkə həllini tapar. Düzdü, görüb məhəl qoymaya da bilərlər. Bir ümid edib yazıram. 

Deməli,  şəkildən də təxmin etdiyiniz kimi bura köhnə Nizami heykəlinin olduğu parkdır. Ordan keçən hər kəs mənimlə razılaşar ki, parkdan əsər-əlamət qalmayıb. Kim nə gəldi satır. Məsul qurumlar hər kəsdən müəyyən məbləğ alır, icazə verir. Ət satandan göyərti satana qədər hər şey satırlar burda. Halbuki  50 metr yan tərəfdə bazar və ticarət mərkəzi var. Nə isə "sözümün canı" bu deyil, kiminsə evinə ruzi aparmasına qarşı deyiləm, əsas məsələ budur ki, buranı maşın yolu ediblər. Həm də iri yük maşınları parkın içində adamın üstünə çıxır. Elə bil belə də olmalıdır. Sanki maşın yoludu, adamlar bunun yoluna çıxıb. Kafellər sınıb tökülür. Həmin parkda balaca uşaqlar maşın sürür, gələn-keçən bir-birinə qarışır.
Antisanitar və çox iyrənc vəziyyət yaranıb burada. Bir azdan dövlət büdcəsindən "n" qədər pul ayırıb başlayacaqlar park tikməyə. Olmaz ki, 
mövcud olan parkı qoruyub saxlayaq?!". 










26-05-2022, 11:10 1 074

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102