Başını polis bölməsinə çırpan şəxs 200 manat cərimə edildi

Bir neçə gün əvvəl Sumqayıt şəhərində ictimai asayişi pozduğu üçün saxlanılan şəxs özünə xəsarət yetirib.
Sumqayit.tv-nin Qafqazinfo-ya istinadən məlumatına görə, gecə saat 02 radələrində yaşadığı ərazidə səs-küy yaradan 1992-ci il təvəllüdlü Rəşad Məmmədli (ad şərtidir) saxlanılaraq ərazi üzrə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə gətirilib. Sərxoş halda olan şəxs burada daha da aqressivləşib və başını zərbə ilə bölmə binasına çırparaq özünə xəsarət yetirib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmədə çıxış edən Rəşad əməlinə görə peşman olduğunu deyib: “Gecə saat 02 radələrində səs-küy salıb ictimai asayışı pozduğum üçün PPXT-nin əməkdaşları tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-yə gətirildim. Yüksək dozalı spirtli içki qəbul etdiyim üçün özümdə deyildim və polis bölməsin iş rejimini pozaraq əməkdaşların qanuni tələblərinə tabe olmadım. Spirtli içkinin təsirində olduğum üçün daha da aqressivləşdim və başımı polis bölməsinin inzibati binasında divara vuraraq özümə xəsarət yetirdim. Bütün bu hadisələr içkili olduğum üçün baş verib və əməlimdən peşmanam. İçki içəndə özümdən asılı olmayaraq aqressiv oluram və özümə xəsarət yetirirəm. Barəmdə yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edirəm”.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Rəşad Məmmədliyə 200 manat cərimə cəzası tətbiq edilb və o, məhkəmə zalından sərbəst buraxılıb.

17-06-2022, 17:46 302

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102