Bakı-Sumqayıt avtobuslarında qiymət artıranlar qanunsuz işləyənlərdi-RƏSMİ AÇIQLAMA

Sumqayit.tv-nin redaksiyasına şikayət daxil olub. Belə ki Sumqayıt sakinləri Sumqayıt-Bakı avtobuslarında olan vəziyyətdən narazıdırlar. Sakinlərin dediyinə görə avtobus sürücüləri hər zaman 0.80-1 manata apardıqları yolu indi 1.50 və ya 2 manata aparırlar. Onlar həm də 501 nömrəli marşrutun olmamağı ilə bağlı öz narazılıqlarını redaksiyamıza bildiriblər və bu məsələni işıqlandırmağımızı xahiş edirlər. Məsələ ilə bağlı öncə Sumqayıt şəhər Nəqliyyat Departamentinin rəis müavini Tofiq Saydumov​ ​​​ilə əlaqə saxladıq. Nəqliyyat rəsmisi sualımıza cavab olaraq bildirdi ki, “Sumqayıt-Bakı avtobus və taksiləri bizim səlahiyyətimizdə deyil. Bizim qurum şəhərdaxili marşrutların fəaliyyətini tənzimləyir. O səbəbdən məsələ ilə bağlı heçnə deyə bilmərəm.” Daha sonra Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Sumqayıt Regional şöbəsinin rəis vəzifəsini müvəqqəti icra edən Ədalət Ağayev​ ​​​ilə əlaqə saxladıq. Ədalət müəllim bizə bildirdi ki, sərnişinlər 501 və 503 nömrəli marşrutlardan demək olar ki, istifadə etmədikləri üçün həmin xətlərdə işləyən avtobuslar iflic vəziyyətə düşüb. “Bu səbəbdən onlar artıq öz fəaliyyətini davam etdirə bilmirlər. Dediyiniz digər avtobus və mikroavtobuslar isə qanunsuz işləyirlər. Biz bununla bağlı dəfələrlə Dövlət Yol Polisi şöbəsinə, Vergilər İdarəsinə məktublar yazmışıq. Hətta 10-15 gün bundan qabaq da müraciət etmişik ki, bu məsələnin qarşısı alınsın.”. Rəis əvəzi onu da əlavə etdi ki, “Qanunsuz fəaliyyət göstərən bu nəqliyyat vasitələrinə heç bir qanuni sənəd verilməyib, elə bir marşrut xətti yoxdur. Fürsətdən istifadə edərək biz sərnişinlərə bir daha sizin vasitənizlə bildirmək istəyirik ki, 501 və 503 nömrəli avtobusların xidmətindən yararlansınlar.“

Müxbir: Şəbnəm Məşiyeva

3-08-2022, 15:13 461

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102