H Hacıyev: "FHN naziri çox..." AÇIQLAMA

Məlum olduğu kimi son günlər, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyevin FHN-in bir neçə xanım əməkdaşları ilə intim videosunun yayılması ölkə gündəmini alt-üst edib. 7-8 il öncə baş verən məsələnin bu günlərdə gündəmə bomba kimi düşməsi beyinlərdə bir sıra suallar yaratdığından məsələ ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdən açıqlama almaq qərarına gəldik.

Sumqayit.tv-in ünvanladığı suala partiya sədri bildirdi ki, bu videoların indi ictimayyətə təqdim edilməsi sözügedən nazirliyə qarşı aparılan qərəzdən xəbər verir. “FHN naziri çox ləyaqətli, vətənini sevən insandır. 44 günlük Qarabağ müharibəsində bütün məsələlər ilə yaxından maraqlanmışdı. Bəzi qüvvələr var ki, Azərbaycanda dövlətə yanan insanları ləkələmək üçün əllərindən gələni edirlər. Mən də hal-hazırda Ankarada müalicə almağıma rəğmən məsələ ilə bağlı olan xəbərləri izləyirəm. Həmin şəxslərlə əlaqədar müəyyən tədbirlər görülüb.” 
Daha sonra H.Hacıyev yaxın günlərdə yenidən belə məsələlərlə bağlı hər hansı dövlət qurumlarında analoji hadisələrin baş verməsini arzulamadığını bildirdi. “Aydındır ki, hakimiyyət daxilində kimlər-kimlərə qarşı bu vasitədən istifadə edirsə çox xoşagəlməyən və irgənc üsuldur. Azərbaycan dövlətinə bu cür hallar lazım deyil. Hər hansı avaranın birinin gördüyü işə başqası cavabdeh deyil ki. Düşünürəm bu məsələlər FHN-ə yaraşmaz. Dediyim kimi, hakimiyyət daxilində dövləti sevən, ona xidmət edən insanlara böhtan atırlar. Lakin ağa qara yapışmaz. Hər halda bu mənasız məsələdir. Bu cür şantajlarla heç kimi əqidəsindən, yolundan döndərmək olmaz. Bilirsiniz ki, mən həmişə həqiqəti danışan insanam. Kimsə kimin yatağına girib bunu başqa yerdə axtarsınlar. Bizə Qarabağımızı azad etmək lazımdır.” deyə H.Hacıyev fikirlərini tamamladı.

Müxbir: Şəbnəm Məşiyeva

17-08-2022, 17:04 662

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102