Sumqayıt -Xızı seçki dairəsinin deputatı Müşfiq Məmmədli Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında yerləşən qərargahında ərazi üzrə növbəti vətəndaş qəbulu keçirib.
Sumqayit.tv xəbər verir ki, qəbula gələn vətəndaşlar məşğulluq, məhkəmə, sağlamlıq və s. mövzularla bağlı müraciət ediblər. Vətəndaşlar dinlənildikdən sonra qaldırdıqları məsələlər barədə qeydiyyat aparılıb, aidiyyəti qurumlara müraciət edilib.