Sumqayıt Olimpiya İdman Kompleksində qanunsuz pul yığılır ?


Məmmədyarovadan müxbirimizə kobud cavab

Sumqayit.tv-nin redaksiyasına vətəndaşların şikayəti daxil olub.  Şikayətdə bildirilir ki, Sumqayıt Olimpiya İdman Kompleksində qanunsuz pul yığılır. Verilən məlumata görə, olimpiya idman növləri ilə məşğul olan idmançılardan 30 manat pul tələb edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının göstərişinə əsasən, olimpiya idman növləri üzrə məşq keçən idmançılardan pul tələb olunmur. 

Sumqayit.tv olaraq məsələ ilə bağlı kompleksin rəhbəri Zeynəb Məmmədyarova ilə əlaqə saxladıq.Lakin zəngimizi açan Zeynəb xanım heç şikayəti dinləmək belə istəmədi: "Siz kimsiniz ki, məndən açıqlama almaq istəyirsiz? Kimin şikayəti varsa, getsin polisə şikayət etsin. İndi hər şikayətə mən cavab verməliyəm ki? Bu şikayətlər son zamanlarda qəsdən mən gəldikdən sonra olur. Mənə qədər iş olmayıb, şikayət də olmayıb. Məndən sonra iş olur deyə, hamı şikayət edir. Bununla bağlı, mənə zəng etmək sizin işiniz deyil. Siz öz işinizi bilmirsinizsə, sağ olun" deyib telefonu üzümüzə qapatdı.
P.S. Hər halda, sualı dinləyib cavab vermək daha yaxşı olardı. Əksinə müxbirə "siz öz işinizi bilmirsiz" demək etik normalara sığmır.
Yaxşı olardı ki, tanınmış və hörmət olunacaq şahmatçı 
müxbirimizə bu cür kobud cavab verməzdi. Məmmədyarovanın bu cür münasibəti bir daha təsdiq edir ki, bir çox məmurlar kimi o da mediyaya hörmət qoymur.





20-08-2022, 12:54 395

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102