Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov iyun ayında Donbasdakı hücumun uğursuzluğundan sonra Putin tərəfindən vəzifədən azad ediliblər.
Sumqayit.tv xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko öz "Telegram" kanalında məlumat verib.
Antonun sözlərinə görə, Rusiya onların bu biabırçı uğursuzluğunu gizlətmək qərarına gəlib və rəsmilərin işdən çıxarılmasını açıq şəkildə bildirməyiblər.