Bakıda yemək çatdırma şirkətinin rəhbərliyi məsuliyyətə cəlb edildi



Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, ev 37 ünvanında fəaliyyət göstərən, hüquqi şəxs “Reyhan Catering” MMC-nin fəaliyyəti məhdudlaşdırılıb və müəssisənin rəhbərliyi isə inzibati məsuliyyətə cəlb olunub. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sumqayit.tv-yə bildirilib ki, qurumun əməkdaşları tərəfindən hüquqi şəxs “Reyhan Catering” MMC-yə məxsus yeməklərin hazırlanması və çatdırılması müəssisəsində planlı yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən olunub. Müəssisənin anbar sahəsində, soyuducu və dondurucu kameralarda saxlanılan məhsulların birbaşa döşəmənin üstündə, divara bitişik halda yığıldığı aşkarlanıb.
Həmçinin müəssisədə iş prosesi zamanı istifadə olunan alət və ləvazimatların, soyuducu kamerada qida məhsullarının saxlandığı rəflərin və soyuducunun müəyyən hissələrinin korroziyaya uğradığı, istifadə edilən ətin və tərəvəzlərin doğrama lövhələrinin istismara yararsız olduğu, təmizlik ləvazimatlarının saxlanılması üçün ayrıca sahə və ya bölmənin təşkil edilmədiyi müəyyənləşib. Eləcə də müəssisənin anbar və istehsal sahələrində işıqlandırmanın qənaətbəxş halda olmadığı, soyuducu və dondurucu kamerasına baxış keçirilən zaman isə salatların üzərində qanunvericiliyə uyğun markalanmanın aparılmadığı müəyyən edilib.
Yoxlama zamanı müəssisədə texnoloji ardıcıllıq prinsiplərinə əməl edilmədiyi də aşkarlanıb. Müəssisədə soyuq qəlyanaltıların və isti yeməklərin eyni sahədə temperatur rejimi gözlənilmədən hazırlandığı məlum olub. Bununla yanaşı, müəssisədə mütəmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülməsi ilə bağlı təsdiqedici sənədlər təqdim edilməyib.
Müəssisənin anbar sahəsinə keçirilən baxış zamanı isə bəzi qida məhsulları saxlanılarkən temperatur rejimlərinə riayət edilmədiyi aşkarlanıb. Yarma, qarabaşaq və düyünün 5-18 dərəcədə saxlanmalı olduğu halda, 24,4 dərəcədə saxlandığı müəyyən edilib.
Aşkar edilmiş pozuntularla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Müəssisənin rəhbərliyi isə inzibati məsuliyyətə cəlb olunub.

24-10-2022, 13:30 199

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101