"Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı şəhərində Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli Tam orta internat məktəbin həyətində ağacəkmə aksiyası keçirilib.
Sumqayit.tv xəbər verir ki, dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən təşkil olunan tədbirdə ümumilikdə 100-dək şam, küknar, çinar, birgöz və a. cinsli ağaclar Agentliyin əməkdaşları ilə birlikdə məktəbin müəllim heyəti və şagirdləri tərəfindən əkilib. Şagirdlərə ağacların düzgün əkilməsi və aqrotexniki qulluq qaydaları öyrədilib, yaşıllıqların müdafiəsinin önəmi barədə məlumat verilib.