
Yataq otağında fumiqatoru bütün gecə işlək saxlamaq təhlükəli ola bilər
Mütəxəssislər yataq otağında ağcaqanadlara qarşı istifadə olunan fumiqatorun bütün gecə işlək vəziyyətdə saxlanılmasının sağlamlıq üçün risk yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
Sumqayit.tv Oxu.az-a istinadən xəbər verir ki,Rusiyalı alim Damir Udavliyevin sözlərinə görə, fumiqatorlar həşəratları iflic edən sintetik piretroid maddələrini havaya yayır. Kiçik və qapalı otaqlarda bu maddələrin konsentrasiyası gecə ərzində arta və insan sağlamlığına mənfi təsir göstərə bilər.
Bildirilir ki, bu buxarların uzun müddət tənəffüs edilməsi başağrısı, ürəkbulanma, selikli qişaların qıcıqlanması, hətta mərkəzi sinir sisteminin fəaliyyətində pozuntulara səbəb ola bilər. Uşaqlar, eləcə də ev heyvanları – xüsusilə pişiklər, quşlar və akvarium balıqları – bu maddələrə qarşı daha həssas hesab olunur.
Mütəxəssis fumiqatorun yatmazdan 30–60 dəqiqə əvvəl, çarpayıdan ən azı 1 metr məsafədə işə salınmasını, yatmazdan əvvəl isə söndürülərək otağın yaxşı havalandırılmasını tövsiyə edir.
Bu gün, 07:59
6