Tehrandan Bakıya hədə: Hərbi gücə əl ata bilərik


Ermənistanla sərhədi saxlamaq və Ermənistanın ərazi bütövlüyünə hörmət etmək İranın qırmızı xəttidir, lakin təəssüf ki, Azərbaycan sionist rejim (İsrail nəzərdə tutulur – red.), Türkiyə və Səudiyyə Ərəbistanının əməkdaşlığı ilə regionun coğrafiyasını dəyişməyə çalışır.
Sumqayit.tv xəbər verir ki, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Şəhriyar Heydəri İran mediasına açıqlamasında deyib.
“Bölgənin geosiyasətindəki dəyişiklik İranın qırmızı xətlərindən biridir və biz çox yaxşı qonşu olan Ermənistan ilə ümumi sərhədlərimizdə heç bir dəyişikliyi qəbul etmirik. Bu ölkə ilə uzaq keçmişdən sülh münasibətləri olub”, - o bildirib.
Heydəri qeyd edib ki, Azərbaycanın regionda gərginlik yaradacaq addımlar atmaması daha yaxşıdır:
“Lazım gəlsə, İran da belə bir halın qarşısını almaq üçün hərbi gücə əl atacaq, lakin bizim Azərbaycana tövsiyəmiz budur ki, Ermənistanla problemlərini diplomatik vasitələrlə həll etmək daha yaxşıdır. İran da Ermənistan və Azərbaycan arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib”.
O qeyd edib ki, ən yaxşı yol diplomatiyadır, əgər Azərbaycan sionist rejim və ABŞ-ın mövcudluğuna uyğun olaraq İran sərhədlərində addımlar atsa, İran mütləq reaksiya verəcək.
Xatırladaq ki, “ABŞ-ın mövcudluğu üçün” Ermənistan çalışır və regiona xarici oyunçuları dəvət edən də Ermənistandır. ABŞ-ın hərbi qüvvələrinin hazırda Ermənistanda təlimləri davam etdirdiyini nəzərə alsaq, Heydərinin bu açıqlaması sadəcə, məntiqdən və siyasi diplomatiyadan kənar həyasızlıqdır.

19-09-2023, 10:44 138

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102