Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmaqdan böyük fayda əldə edir.
Musavat.com-un məlumatına görə, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bildirib. “Ermənistan KTMT-də bizim müttəfiqimizdir. Ermənistan Avrasiya İqtisadi İttifaqının işində fəal iştirak edir. Avrasiya İqtisadi Birliyinin işinə üzvlüyündən çox böyük fayda əldə edən Ermənistan əsas benefisiardır”-Rusiya rəsmisi əlavə edib.
Ermənistanın Aİİ və KTMT ilə əlaqələri kəsməsi ilə bağlı sualı şərh edən Overçuk “bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilmədiyini” vurğulayıb.