"Ukraynadakı münaqişənin həlli üçün səylərimizi davam etdirəcəyik".
Sumqayit.tv "Report"-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında bildirib.
"Prezidentimizin rəhbərliyi ilə apardığımız diplomatik səylərimiz öz nəticəsini verməkdədir. Sabah biz BMT-nin baş katibi, Rusiya və Ukrayna nümayəndə heyətləri ilə birlikdə bütün dünyaya təsir edən ərzaq böhranının həlli istiqamətində ilk addımı İstanbulda atacağıq", - Çavuşoğlu qeyd edib.