Sumqayıt sakininin evində qanunsuz saxladığı odlu silah aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat şöbəsinə istinadən xəbər verilir.
ŞPİ-nin 5-ci Polis Bölməsi əməkdaşları əməliyyat-axtarış tədbiri keçiriblər. Nəticədə “Stansiya Sumqayıt” qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rüstəm Abdullayevin evinə baxış zamanı oradan nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb.
Sumqayıy24