Bu gün Sumqayıtda şəhid Şöhrət Qasımovun anım mərasimi keçiriləcək



Bu gün şəhərimizin ilk həkim şəhidi Qasımov Şöhrət Şakir oğlunun anım günü keçiriləcək

Sumqayit.tv xəbər verir ki, tədbir 5 nömrəli orta məktəbdə başlayacaq, sonra isə Şəhidlər Xiyayabanında şəhidimizin məzarı ziyarət olunacaq. 
Qeyd edək ki, Şöhrət Qasımov 16 avqust 1992-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. İlk təhsilini 1998-ci ildə Sumqayıt şəhəri 18 saylı tam orta məktəbdə alan Şöhrət 2009-cu ildə Sumqayıt şəhərində yerləşən Cəbrayıl rayonu 5 saylı orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə daxil olmuşdur. 2016-cı ildə Türkan Qasımzadə ilə ailə həyatı qurub. Murad və İlayda adlı 2 övladı yadigar qalıb. Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Müdafiə Nazirliyinin Yevlax rayonunda yerləşən N saylı hərbi hissəsində xidmətə başlamışdır. 3 ay sonra Tərtər rayonunun ön xətdə yerləşən hərbi hissəsində xidmətini davam etdirmişdir. Hərbi tibb qulluqçusu olmuş və qısa zamanda tibb xidməti baş leytenantı rütbəsinə yüksəlmişdir.
2018-ci ildə Şöhrət Qasımova baş leytenant rütbəsi verilmişdir. Qısa zamanda tibb xidməti rəisi vəzifəsinə təyin olunub. Xidməti dövründə nümunəvi zabit və savadlı həkim kimi hər kəsin rəğbətini qazanmışdır. Hərbi xidməti dövründə bir çox fəxri fərmanlar və təşəkkürnamələr ilə təltif edilmişdir. Azərbaycan Ordusunun baş leytenantı olan Şöhrət Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. 29 sentyabrda hərbi həkim baş leytenant Şöhrət Qasımov şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Qasımov ölümündən sonra "Vətən uğrunda", 15.12.2020-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruhu şad olsun!

29-09-2022, 09:14 478

Digər xəbərlər

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

15 İyun: Müstəqil Azərbaycanın taleyini dəyişən dönüş nöqtəsi

Sumqayıtda Qurd dərəsi adlanan ərazidə ev yanıb

Prezidentdən son dəqiqə Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Ölkə üzrə Milli Qurtuluş Günü qeyd olunur

Sumqayıtda baxımsız qalan ərazi tülkülərin məskəninə çevrilib?-VİDEO

Heydər Əliyevin qayıdışı və Azərbaycanın qurtuluş missiyası

Sumqayıtda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-FOTOTLAR

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turniri başa çatıb-FOTOLAR

Sumqayıtda kanalizasiya daşdı: Sakinlər 3 gündür kömək gözləyir-VİDEO

Brianna Freyzer Sumqayıtda keçiriləcək Dünya Seriyasını buraxacaq

Qara Kölgə – Arif Ərşadın hekayəsi

"Sumqayıt"ın futbolçusu 6-9 ay yaşıl meydanlardan kənarda qalacaq

TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib

DÇ-2026: Braziliya və Türkiyə ilk oyununa çıxır – Günün proqramı açıqlandı

Atadan şok açıqlama: Oğlum küçə itlərinin hücumuna məruz qaldı

Sumqayıtda və bəzi rayonlarda ehsan süfrələri ləğv edildi - YENİ QAYDALAR

Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirilib-FOTOLAR

Zakir Fərəcov 13-cü mikrorayonda sakinlərlə səyyar qəbul keçirib-FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1063
Bu gün, 01:40
Dünən, 19:13
Dünən, 18:51
Dünən, 11:42
Dünən, 11:39
Dünən, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
12-06-2026, 11:49
12-06-2026, 11:40
11-06-2026, 13:16
11-06-2026, 10:15
11-06-2026, 09:25
11-06-2026, 09:14
10-06-2026, 21:42
10-06-2026, 18:54
10-06-2026, 17:32
10-06-2026, 14:26
10-06-2026, 14:12
10-06-2026, 11:13
10-06-2026, 10:19
10-06-2026, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1063