Sumqayıt məktəblərində narkomaniya ilə bağlı silsilə təlimlər davam edir

“Regional Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi , Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən “ Orta ümumitəhsil məktəblərində antinarkomaniya tədbirlərinin təşkili” layihəsinin icrası davam edir.

Layihə üzrə ikinci təlim Sumqayıt şəhəri 39 nömrəli tam orta məktəbdə keçirilib. Bu barədə Sosialmedia.az-a birliyin mətbuat xidmətindən məlumat verilib.
35 nəfər yeniyetmənin iştirak etdiyi təlimi layihə rəhbəri Vüsal Hüseynov açaraq layihə barədə şagirdlərə məlumat verdi. Layihənin əsas məqsədi: – Sumqayıt şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində yeniyetmələr arasında narkomaniya ilə bağlı məlumatlılığının artırılması və bu barədə onların maarifləndirməsidir. Layihənin ümumlik də Sumqayıt şəhərində 3 ay müddətin də 9 məktəb də icra olunması nəzərdə tutulub. Sumqayıt şəhərində yerləşən 9 orta məktəbin hər birində 1 maarifləndirici tədbir keçiriləcək, mövzu ilə bağlı 275 ədəd buklet hazırlanacaq və məktəbin yuxarı sinif şagirdlərinə paylanılacaqdır. Layihənin icrası yeniyetmələr arasında zərərli vərdişlərdən uzaq olmaq, onları bu bəlaya düçar olmaması üçün aparılan təbliğat kampaniyasıdır. Layihəmizin mütamadi olaraq bütün məktəb və universitetlər də təşkil ediləcək deyə bildirdi.
Təlimçi Emil Maqalov narkomaniya barədə, onun törətdiyi fəsadlar barədə geniş danışdı. Qeyd etdi ki, narkomaniya qlobal problem olaraq bütün dünyanı narahat edən məslələrdən biridir. Ölkəmizdə narkomaniyaya qarşı düşünülmüş və qətiyyətli mübarizə aparılır. Ancaq təəssüf ki, narkotik vasitələrdən istifadə halları getdikcə artır. Xüsusilə narkotik istifadəçilərinin yaş həddi riskli olaraq xeyli aşağı düşüb. Ona görə orta məktəbin yuxarı sinif şagirdləri əsas risk qrupları hesab olunur. Bunu nəzərə alaraq orta məktəblərdə narkomaniya ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsinə böyük ehtiyac var.
Sumqayıt şəhəri ərazisi və əhalisinə görə Azərbaycanın ən böyük şəhərlərindən biridir. “Regional Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi Sumqayıt şəhərində apardığı araşdırmalar nəticəsində 12-18 yaş arası yeniyetmə və gənclər arasında narkotik vasitələrdən istifadə hallarının kəskin artması müəyyən edilmişdir.
Rəsmi məlumatlara görə, 2020-ci ildə narkotiklərlə bağlı cinayət məsuliyyətinə 3105 nəfər cəlb edilib.
“Onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaşadək 251 nəfər, 26-29 yaşadək 526 nəfər, 30 yaş və ondan yuxarı isə 2308 nəfər təşkil edir. Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 198 fakt aşkar edilib, faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 197,9 kiloqram müxtəlif növ narkotik vasitə, 6 kiloqram 501,4 qram psixotrop maddə, 2 kiloqram 651 qram prekursor çıxarılıb”.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər təşkil edib.
Sonda Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanan bukletlər təlim iştirakçılarına paylanıldı




3-10-2022, 16:37 204

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101