Sumqayıtda narkomaniyaya qarşı silsilə tədbirlər davam edir



Regional Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi , Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən “ Orta ümumitəhsil məktəblərində antinarkomaniya tədbirlərinin təşkili” layihəsinin icrası davam edir.
Layihə üzrə antinarkomaniya təlimləri Sumqayıt məktəblərində davam edir. Növbəti təlimlər 07.101.2022-ci il tarixində Sumqayıt şəhər 7 saylı tam orta məktəbdə, 10.10.2022-ci il tarixində Sumqayıt şəhəri 15 saylı tam orta məktəbdə, 11.10.2022-ci il tarixində Sumqayıt şəhər 28 saylı tam orta məktəbdə keçirilib. Bu barədə Sumqayit.tv-yə birliyin mətbuat xidmətindən məlumat verilib.
Hər bir məktəbdə 35-55 arası yeniyetmənin iştirak etdiyi təlimi layihə rəhbəri Vüsal Hüseynov açaraq layihə barədə şagirdlərə məlumat verdi. Layihənin əsas məqsədi: – Sumqayıt şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində yeniyetmələr arasında narkomaniya ilə bağlı məlumatlılığının artırılması və bu barədə onların maarifləndirməsidir. Layihənin ümumlik də Sumqayıt şəhərində 3 ay müddətin də 9 məktəb də icra olunması nəzərdə tutulub. Sumqayıt şəhərində yerləşən 9 orta məktəbin hər birində 1 maarifləndirici tədbir keçiriləcək, mövzu ilə bağlı 275 ədəd buklet hazırlanacaq və məktəbin yuxarı sinif şagirdlərinə paylanılacaqdır. Layihənin icrası yeniyetmələr arasında zərərli vərdişlərdən uzaq olmaq, onları bu bəlaya düçar olmaması üçün aparılan təbliğat kampaniyasıdır. Layihəmizin mütamadi olaraq bütün məktəb və universitetlər də təşkil ediləcək deyə bildirdi.
Təlimçi Emil Maqalov narkomaniya barədə, onun törətdiyi fəsadlar barədə geniş danışdı. Qeyd etdi ki, narkomaniya qlobal problem olaraq bütün dünyanı narahat edən məslələrdən biridir. Ölkəmizdə narkomaniyaya qarşı düşünülmüş və qətiyyətli mübarizə aparılır. Ancaq təəssüf ki, narkotik vasitələrdən istifadə halları getdikcə artır. Xüsusilə narkotik istifadəçilərinin yaş həddi riskli olaraq xeyli aşağı düşüb. Ona görə orta məktəbin yuxarı sinif şagirdləri əsas risk qrupları hesab olunur. Bunu nəzərə alaraq orta məktəblərdə narkomaniya ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsinə böyük ehtiyac var.
Sumqayıt şəhəri ərazisi və əhalisinə görə Azərbaycanın ən böyük şəhərlərindən biridir. “Regional Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi Sumqayıt şəhərində apardığı araşdırmalar nəticəsində 12-18 yaş arası yeniyetmə və gənclər arasında narkotik vasitələrdən istifadə hallarının kəskin artması müəyyən edilmişdir.
Rəsmi məlumatlara görə, 2020-ci ildə narkotiklərlə bağlı cinayət məsuliyyətinə 3105 nəfər cəlb edilib.
“Onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaşadək 251 nəfər, 26-29 yaşadək 526 nəfər, 30 yaş və ondan yuxarı isə 2308 nəfər təşkil edir. Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 198 fakt aşkar edilib, faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 197,9 kiloqram müxtəlif növ narkotik vasitə, 6 kiloqram 501,4 qram psixotrop maddə, 2 kiloqram 651 qram prekursor çıxarılıb”.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər təşkil edib.
Sonda Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanan bukletlər təlim iştirakçılarına paylanıldı.








11-10-2022, 20:10 145

Digər xəbərlər

Sumqayıtda DYP əməkdaşları yol nişanlanmasını yenilədi

Zakir Fərəcov 18-ci mikrorayon sakinləri ilə görüşdü-FOTOLAR

Qızına qarşı məşq zamanı yaşanan problem: Sumqayıtda valideyn ŞİKAYƏTİ - VİDEO

Deputat Elnarə Akimova Sumqayıtda mədəniyyət ocaqlarının vəziyyətinə diqqət çəkdi

Deputat Sumqayıtda tullantıların utilizasiyası zavodunun inşasını və məsul vəzifələrdə yerli kadrların təmsil olunmasını təklif edib

Sumqayıtda mağazadan oğurluq edən şəxs saxlanılıb

Bakı–Sumqayıt şossesində yerləşən şirkətin məhsulları Rusiya bazarlarından çıxarıldı

Sumqayıtda qızıl alveri adı ilə dələduzluq edən qadına 6 il həbs cəzası verildi

Yeni Azərbaycan Partiyası – Zamanın sınağından keçmiş siyasi iradə

Nizami Rəsulov: "Sumqayıt Bələdiyyəsi vətəndaş müraciətlərinə operativ yanaşır"

Sumqayıtda 700 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq

Sumqayıtda ipoteka dalğası dayanır: Bahalaşma fonunda mənzil almaq mümkünsüzləşir

Qarakənd faciəsi – 22 şəhid haqqında qısa məlumat

Sumqayıtda ev yanıb, ər-arvad tüstüdən zəhərlənib

Zaur Xudiyev: “Sumqayıt – Qarabağ” oyununa 4000 bilet satılıb

Ağdamın Azadlığı və Dirçəlişi – Dövlət Strategiyasının parlaq nəticəsi

Sumqayıt 37 saylı məktəbdə səlahiyyət qalmaqalı: Keçmiş direktor vəzifədən getsə də, məktəbi əlində saxlayır VİDEOFAKT

Türk dövlətlərinin təhlükəsizlik orqanları Xankəndidə TOPLAŞDI: Əli Nağıyev çıxış etdi - VİDEO/FOTO

Sumqayıtda yol polisi "Təmiz hava" aylığı ilə bağlı profilaktik tədbir keçirib

Sumqayıtdan DÇ-2026-ya aparan yol: Prezidentsiz, hökumətsiz, stadionsuz ölkə mundialda - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 987
Bu gün, 21:28
Bu gün, 21:19
Bu gün, 19:51
Bu gün, 18:59
Bu gün, 17:02
Bu gün, 16:47
Bu gün, 16:08
Bu gün, 11:58
Bu gün, 11:54
Bu gün, 11:16
Bu gün, 10:15
Bu gün, 09:40
Dünən, 23:38
Dünən, 23:08
Dünən, 21:44
Dünən, 18:08
Dünən, 17:47
Dünən, 16:13
Dünən, 15:57
Dünən, 15:50
Dünən, 15:48
Dünən, 15:44
Dünən, 12:29
Dünən, 11:35
Dünən, 11:29
Dünən, 11:24
Dünən, 10:16
18-11-2025, 20:48
18-11-2025, 20:16
18-11-2025, 13:51
18-11-2025, 11:52
18-11-2025, 11:42
18-11-2025, 10:55
18-11-2025, 10:36
18-11-2025, 10:14
17-11-2025, 15:00
17-11-2025, 13:31
17-11-2025, 13:15
17-11-2025, 13:01
17-11-2025, 12:35
1 2 3 4 5 6 7 8 9 10 ... 987