Sumqayıtda abonentlərin fasiləsiz içməli su ilə təminatı məqsədilə keçirilən pilot layihə yekunlaşıb

“Azərsu” ASC istehlakçıların içməli su təminatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Sumqayıt şəhərində abonentlərin fasiləsiz içməli su ilə təmin edilməsi məqsədilə həyata keçirilən pilot layihənin icrası yekunlaşıb. Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində icra olunan layihə 45 çoxmənzilli yaşayış binasını əhatə edib. Bir neçə il öncə həmin binaların daxili su təchizatı sistemləri yenidən qurularaq sayğaclaşma işləri aparılsa da, mövcud infrastrukturun imkanları yuxarı mərtəbələrdə yaşayan sakinləri dayanıqlı içməli su ilə təmin etməyə imkan vermirdi. Binalara gün ərzində səhər və axşam qrafik rejimlə, ümumilikdə 8 saat içməli su verilirdi. Üstəlik bəzi hallarda yuxarı mərtəbələrdə suyun təzyiqinin aşağı olması sakinlər üçün narahatlıq yaradırdı.
Həyata keçirilən layihə çərçivəsində binaları içməli su ilə təchiz edən mövcud nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılıb. Stansiyanın idarəetmə sistemi tamamilə yenilənib və avtomatlaşdırılıb. Yeni yaradılan hidrofor sistemi sakinlərin təzyiqli və fasiləsiz içməli su ilə təmin olunmasına imkan verir. Bununla da, 45 çoxmənzilli yaşayış binasında 4684 abonentin (təxminən 17 min sakin) içməli su təminatı əsaslı şəkildə yaxşılaşdırılıb.
Qeyd edək ki, ötən illərdə Sumqayıt şəhərində görülmüş işlər nəticəsində fasiləsiz su alan abonentlərin xüsusi çəkisi 93 faizə, sayğaclaşma səviyyəsi isə 91 faizə çatıb.

12-10-2022, 09:04 293

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101