Şəhid Cəbizadə Əbil anıldı

Bugün Vətən müharibəsinin şəhidi Əbil Qadir oğlu Cəbizadənin anım mərasimi keçirilib.
Sumqayit.tv
xəbər verir ki, mərasim şəhidimizin məzarının Şəhidlər xiyabanında ziyarət olunması ilə başlayıb, daha sonra isə şəhidimizin yaşadığı mərasim evində davam edib. Şəhidimizin anım günündə ailəsini ilə yanaşı, təhsil aldığı məktəbin müəllim və şagird heyyəti, Sumqayıt şəhər İcra Hakimiyyətin nümayəndələri, şəhidimizin sinif yoldaşları və digər şəhid ailələri iştirak edib. 
Qeyd edək ki, Əbil Cəbizadə 26 fevral 1993-cü ildə Sumqayıt şəhərində dünyaya göz açmışdır.  2000-ci ildə Corat qəsəbəsində yerləşən 7 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 2011-ci ildə əla qiymətlərlə məktəbi bitirən Əbil həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya və Dizayn fakültəsinə daxil olmuşdur. O Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Silahla mükəmməl davranışına görə baş atıcı vəzifəsinə təyin olunmuşdur. Bir əsgər olraq Əbil Aprel döyüşlərin də iştirak etmiş, döyüş tapşırıqlarını böyük uğurla yerinə yetirmişdir. Bu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə O, dəfələrlə fəxri fərmanlarla və təşəkkürnamələrlə təltif edilmişdir.  2016-cı ilin oktyabr ayında hərbi xidmətini başa vurmub evə qayıtmışdı.
Əbil Cəbizadə 2020-ci ilin 21 sentyabrında "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təlim və məşq toplantısına çağırılmışdır.
Əsgər  Əbil Cəbizadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Xudafərin körpüsünün azad olunmasında böyük şücaət göstərmişdir. Əbil Cəbizadə 14 oktyabr 2020-ci ildə Xocəvənd rayonunun Zoğalbulaq kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
Azərbaycan prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əbil Cəbizadə ölümündən sonra  "Vətən Uğrunda" medalı, eyni zamnda Cəbrayıl və Füzulinin  işğaldan azad edilməsinə görə medallarla təltif olunub.
Ruhun şad olsun şəhidim!

Müəllif: Vəsiqə Dadaşova














14-10-2022, 19:40 206

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101