Sumqayıtda "Şəhid ailələri və qazilərin hüquqi təminatı" layihəsi çərçivəsində növbəti tədbir təşkil olundu - FOTO



Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Şəhid Analarına Dəstək" İctimai Birliyinin "Şəhid ailələri və qazilərin hüquqi təminatı" layihəsi çərçivəsində növbəti tədbir Sumqayıt şəhərində keçirilib.
Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əsas məqsəd şəhid ailələri və qazilərin hüquqi təminatında mövcud problemlərin hüquqi çərçivədə həlli yollarının tapılması idi. Maarifləndirmə tədbirində şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, şəhid anası Ceyran Həsənova açıb. Ceyran xanım gələn qonaqları salamlayıb və tədbirə başlamanmazdan əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra, Ceyran xanım Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Şəhid Analarına Dəstək" İctimai Birliyinin "Şəhid ailələri və qazilərin hüquqi təminatı" layihəsi çərçivəsində maarifləndirmə tədbirinin ikinci görüşünün Sumqayıt Şəhərində keçirilməsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, ölkənin həssas qrupları olan şəhid ailələri və müharibə iştirakçılarımızın hüquqi təminatı ilə bağlı onları maraqlandıran məsələlərin dəyirmi masa ətrafında müzakirə olunması, qarşılaşdıqları problemlərin hüquqi təminatınının təmin olunması zəruri prosesdir.
Sonra söz Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımova verilib.
F.Kazımov görüş iştirakçılarını salamlayaraq, Sumqayıt Şəhərində şəhid ailələri və müharibə iştirakçılarının təminatı ilə bağlı şəhər rəhbərliyi çərçivəsində görülən işlərdən danışıb. O, həmçinin, cəmiyyətin həssas qruplarına diqqət və qayğının hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd edib.
Layihənin eksperti hüquqşünas, qazi Vüqar Dadaşov şəhid ailələri və qazilərin hüquqi problemlərinin tam olaraq aradan qaldırılması üçün belə müzakirələrin tez-tez keçirilməsinin vacibliyindən danışıb.
"Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək" İctimai Birliyinin sədri, ehtiyatda olan kapitan Taleh Əliyev Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin həssas qruplarla bağlı layihələrin həyata keçirilməsinin çox əhəmiyyətli olmasından bəhs edib və bu səpkidə layihələrin davamlı olmasının vacibliyini qeyd edib.
Görüşdə şəhid Sahil Şirinovun anası Şəhla Şirinova, şəhid
Niyaməddin Ələkbərovun anası Həcər Ələkbərova, şəhid Əlizamin Mustafalının anası Ülviyyə Nəbiyeva, şəhid Şöhrət Qasımovun atası Şakir Qasımov, qazi Həsən Yaqubov, şəhid Taleh İsmayılovun xanımı Nəzakət xanım, qazilər Məhəbbət Rəhimov, Ariz Hüseynov, Sərdar Ağayev və Əziz Əzizov onları maraqlandıran məsələləri müzakirəyə çıxardıb və qaldırılan məsələlərlə bağlı disskusiyalar, bu səpkidən olan görüşlərin tez- tez keçirilməsinin əhəmiyyətli olduğunu təsdiqləyib.
Rəsmi hissədən sonra müzakirələr çay süfrəsi ətrafında da davam etdirilib.


19-10-2022, 12:25 190

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101