Sumqayıtda sərxoş halda qəza törədən sürücü həbs edilib - VİDEO


Oktyabrın 16-da Sumqayıt şəhərində 01-CC-310 dövlət qeydiyyat nişanlı "Niva” markalı avtomobilin sürücüsü bir neçə dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün Sumayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ona "saxla” işarəsi verilib.
 
Daxili İşlər Nazirliyindən (DİN) Sumqayit.tv-yə verilən məlumata görə, sürücü buna məhəl qoymayaraq hərəkətini davam etdirib.
 
Məhəlləarası yollarda yüksək sürətlə və təhlükəli formada avtomobili idarə edən sürücü əvvəlcə başqa bir "Toyota” markalı avtomobillə toqquşub. Hərəkətini davam etdirən sürücü daha sonra idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarında yerləşən maneəyə vurub və avtomobili kanala aşırıb. Sürücü və yanında olan bir nəfər sərnişin polis əməkdaşları tərəfindən kanaldan çıxarılıb. 

Araşdırma zamanı sürücünün Sumqayıt şəhər sakini Cəfər Həsənov olduğu məlum olub. Təyin edilən ekspertizaların nəticəsində onun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün məsuliyyətdən yayınmaq məqsədi ilə yol polislərinin "saxla” əmrinə tabe olmadığı müəyyən edilib.

Qeyd edək ki,  Cəfər Həsənovun hadisədən sonra sosial şəbəkələrdə videoları paylaşılıb. O, etdiyi qanun pozuntusuna haqq qazandırmaq üçün guya qəza zamanı yol-patrul xidməti avtomobilinin onun qarşısını kəsməsi səbəbindən  idarəetməni itirdiyini və avtomobili kanala aşırdığını və polislərin onu köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən getdiyini bildirib.
 

Amma hadisə yerinin yaxınlığında olan müşahidə kameralarından görünür ki, sürücünün qarşısı nəinki yol-patrul xidməti avtomobili, ümumiyyətlə heç bir nəqliyyat vasitəsi tərəfindən kəsilməyib. Həmçinin sürücü və sərnişinin polislər tərəfindən sudan çıxarılaraq xilas edilməsi də hadisə şahidləri tərəfindən lentə alınıb. Cəfər Həsənova da təqdim edilən bu görüntülərdən sonra o, sosial şəbəkələrdə yol polisinin ünvanına səsələndirdiyi iddiaları özünü müdafiə etmək məqsədi ilə bilərəkdən yalandan dilinə gətirdiyini bildirib.

Cəfər Həsənovun törətdiyi qayda pozuntusu ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücünün nəqliyyat vasitəsini idarə etmə hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.
Sumqayıtda sərxoş halda qəza törədən sürücü həbs edilib - VİDEO
Sumqayıtda sərxoş halda qəza törədən sürücü həbs edilib - VİDEO
Sumqayıtda sərxoş halda qəza törədən sürücü həbs edilib - VİDEO
Sumqayıtda sərxoş halda qəza törədən sürücü həbs edilib - VİDEO





19-10-2022, 15:30 200

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101