Facebook-da çalışan sumqayıtlı gənc: "Məqsədim barmaqla göstərilən şəxs olmaqdır" - MÜSAHİBƏ



"Meta” şirkətində (Facebook) tədqiqatçı alim kimi çalışan soydaşımız Cəfər Cəfərov Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:
 - Cəfər bəy, ilk növbədə istərdik özünüz haqda bir qədər ətraflı məlumat verəsiniz...
- Sumqayıtda hərbçi ailəsində doğulmuşam. Orta təhsilimə Sumqayıt şəhərindəki 23 saylı məktəbdə başlayıb, Sumqayıt Özəl Türk liseyində davam etmişəm. Daha sonra kompüter mühəndisliyi ixtisası üzrə Türkiyənin Boğaziçi Universitetinə qəbul olunmuşam. Magistratura təhsilimə də Boğaziçi Universitetində davam etmişəm. Magistratura təhsili alərkən araşdırma istiqamətim nəzəri kompüter elmi sahəsi olub. Bu, kompüter elmi sahəsinin riyazi qoludur. Türkiyənin süni intellekt sahəsində öndə gedən ismlərindən Cem Say ilə birlikdə işləmişəm. Təbii ki, ondan çox şey öyrənmişəm. Bu illər ərzində apardığımız elmi araşdırmanın nəticəsi olaraq İtaliyada keçirilən beynəlxalq konfransda məqalə dərc etmişik. Bu məqalədə ixtiralarımız mənim magistratura tezisimin əsasını təşkil edib. Əslində doktorantura təhsili haqqında da düşünürdüm. Mənim əsas hədəfim ABŞ-da qabaqcıl universitetlərə müraciət etmək, qəbul olunmaq idi. Təbii ki, bu, asan iş deyildi, yaxşı nəticələr tələb edirdi. Doktorantura təhsili üçün Amerikanın ən öndə gedən universitetlərindən Çikaqo Universitetinə tam burs qazandım. Doktorantura təhsilim boyunca nəzəri kompüter elmi və maşın öyrənməsi - ML - (süni intellektin bir bölməsi) sahəsindəki müxtəlif məsələlər üçün alqoritm dizaynı üzərində araşdırmalar aparmışam. Bu istiqamətdə etdiyimiz ixtiralar dünyanın ən nüfuzlu maşın öyrənməsi konfranslarında dərc olunub. 

- Yəqin ki, bu qədər akademik göstəricilərdən sonra sizin üçün iş tapmaq çətin olmazdı, hazırda harda çalışırsınız?

- Mən "Meta” şirkətində maşın öyrənməsi sahəsində tədqiqatçı alim olaraq işləyirəm. "Meta” milyardlarla istifadəçisi olan "Facebook", "Instagram", "WatsApp" və s. kimi tətbiqlərə sahibdir. Burada çalışan minlərlə alim və mühəndis çox mürəkkəb və genişmiqyaslı məsələlər üzərində işləyir. Hazırda iki məsələ ilə yaxından maraqlanıram. Birincisi, "Instagram"da, "Facebook"da istifadəçiyə gedən kontentin keyfiyyətini, aktuallığını və individuallığını təmin etməkdir. İkincisi isə bilirsiniz ki, "Meta”nın əsas gəlir qaynağı reklamdır. İstifadəçi ilə onu maraqlandıran, ona faydalı ola biləcək reklamları görüşdürmək məsələsi çox önəmlidir.

- Bu sahəyə marağınız necə yaranıb?

- Geriyə dönüb baxdıqda deyə bilərəm ki, bu sahəyə marağım uşaqlıqdan gəlir. Uşaqlıqdan riyaziyyata xüsusi sevgim olub. Çətin məsələlər, həlli o qədər də asan olmayan mövzular həmişə diqqətimi cəlb edib. Yadımdadır ki, yay aylarında üst siniflərin dərsliklərindəki məsələləri həll etməyə çalışırdım. Mənim bu marağım da həmişə valideynlərim tərəfindən dəstəklənib. Xüsusilə atam riyaziyyatın öyrənilməsinə ayrı bir önəm verib. Orta məktəbdə dəfələrlə respublika və beynəlxalq miqyaslı riyaziyyat olimpiadalarında iştirak etdim, müxtəlif medallar və fəxri mükafatlar qazandım. Riyaziyyata olan maraq və sevgi məni buralara qədər gətirib çıxardı.

 

- Hazırda çalışdığınız şirkət dünyaca məşhurdur və orada fəaliyyət göstərmək çoxlarının arzusudur. "Meta” şirkətinə necə qəbul olundunuz, hansı mərhələlərdən keçdiniz?
 

- Doktorantura təhsili alarkən artıq sonrakı mərhələ haqqında düşünməyə başlamışdım. Məqsədim məni daha da inkişaf etdirəcək, irəli çəkəcək sahədə işləmək olub. "Meta”nın üzərində işlədiyi işlər elm və texnologiyanın ən qabaqcıl yeniliklərinin əsasında qurulan çox mürəkkəb və böyük miqyaslı mexanizmlər tələb edir. Bu mürəkkəblik və innovasiyanın mərkəzində olmaq məni "Meta"ya cəlb edən ən böyük amillərdən biridir.

İkinci önəmli amil isə "Meta"nın dünyaya təsir gücüdür. Az əvvəl qeyd etdiyim kimi, "Meta"nın məhsullarının günlük istifadəçi sayı milyardlarladır. Bu qədər insanın həyatına təsir edə bilmək, onların problemlərinə həll tapmaq çox dəyərlidir. Bura işə qəbul olunmaq o qədər də asan deyil. Müsahibə prosesi 5-7 mərhələli ola bilir və ciddi hazırlıq tələb edir. Çünki həm bu pozisiyalar üçün güclü rəqabət var, həm də müsahibələrdə tələb olunan texniki keyfiyyətləri kəskinləşdirmək asan deyil. Bir neçə böyük şirkətlərdən təklif alsam da, sadaladığım səbəblərə görə "Meta”nı seçmək o qədər də çətin olmadı. 
 

- Bəs bundan sonra nələr etməyi planlaşdırırsınız? 

- Planlarım təbii ki, çoxdur. Qarşıma qoyduğum əsas vəzifələrdən biri də öz sahəmdə barmaqla göstəriləcək insanlardan olmaqdır. Öyrənəcəyim şeylər hələ qabaqdadır. Həmişə istəmişəm ki, öyrəndiyim və qazandığım təcrübələri insanlara çatdıra bilim. Maşın öyrənməsi sahəsinin dünyada, xüsusilə də Azərbaycanda önü açıqdır. Burada qazandığım təcrübəni vətənimdə də tətbiq etmək mənim üçün çox vacibdir. Biz fərd olaraq daim işləməliyik ki, geridə qalmayaq.
 

- Sosial şəbəkələrdəki reklam alqortimi ilə bağlı soruşmaq istərdik. Bəzən insanların düşündüyü və ya almaq istədiyi məhsullar bir müddət sonra qabaqlarına reklam olaraq çıxır. Bu da sual ortaya qoyur ki, bu kimi proqramlar insanları izləyirmi?
 

- Xeyr, bu, mümkün deyil. Böyük şirkətlər istifadəçi gizliliyinə çox ciddi yanaşırlar və nəzarət edirlər. Bunun başqa səbəbləri var. Axtardığımız xəbərlərin qarşımıza çıxması, əslində, məsləhət sistemlərinin nə qədər yaxşı işlədiyinin göstəricisidir. Bu proqramlar onlayn olaraq sizin fəaliyyətinizi çox yaxşı analiz edir və sizə uyğun, reaksiya verəcəyiniz təklifləri göndərir. Kiminsə şəxsi məlumatını almaq, bunu istifadə etmək asan deyil. Bunun çox ciddi cəzaları var, ona görə də belə şey olmur.



19-10-2022, 17:51 169

Digər xəbərlər

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda DYP əməkdaşları yol nişanlanmasını yenilədi

Zakir Fərəcov 18-ci mikrorayon sakinləri ilə görüşdü-FOTOLAR

Qızına qarşı məşq zamanı yaşanan problem: Sumqayıtda valideyn ŞİKAYƏTİ - VİDEO

Deputat Elnarə Akimova Sumqayıtda mədəniyyət ocaqlarının vəziyyətinə diqqət çəkdi

Deputat Sumqayıtda tullantıların utilizasiyası zavodunun inşasını və məsul vəzifələrdə yerli kadrların təmsil olunmasını təklif edib

Sumqayıtda mağazadan oğurluq edən şəxs saxlanılıb

Bakı–Sumqayıt şossesində yerləşən şirkətin məhsulları Rusiya bazarlarından çıxarıldı

Sumqayıtda qızıl alveri adı ilə dələduzluq edən qadına 6 il həbs cəzası verildi

Yeni Azərbaycan Partiyası – Zamanın sınağından keçmiş siyasi iradə

Nizami Rəsulov: "Sumqayıt Bələdiyyəsi vətəndaş müraciətlərinə operativ yanaşır"

Sumqayıtda 700 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq

Sumqayıtda ipoteka dalğası dayanır: Bahalaşma fonunda mənzil almaq mümkünsüzləşir

Qarakənd faciəsi – 22 şəhid haqqında qısa məlumat

Sumqayıtda ev yanıb, ər-arvad tüstüdən zəhərlənib

Zaur Xudiyev: “Sumqayıt – Qarabağ” oyununa 4000 bilet satılıb

Ağdamın Azadlığı və Dirçəlişi – Dövlət Strategiyasının parlaq nəticəsi

Sumqayıt 37 saylı məktəbdə səlahiyyət qalmaqalı: Keçmiş direktor vəzifədən getsə də, məktəbi əlində saxlayır VİDEOFAKT

Türk dövlətlərinin təhlükəsizlik orqanları Xankəndidə TOPLAŞDI: Əli Nağıyev çıxış etdi - VİDEO/FOTO

Sumqayıtda yol polisi "Təmiz hava" aylığı ilə bağlı profilaktik tədbir keçirib

1 2 3 4 5 6 7 8 9 10 ... 987
Bu gün, 00:20
Dünən, 21:28
Dünən, 21:19
Dünən, 19:51
Dünən, 18:59
Dünən, 17:02
Dünən, 16:47
Dünən, 16:08
Dünən, 11:58
Dünən, 11:54
Dünən, 11:16
Dünən, 10:15
Dünən, 09:40
19-11-2025, 23:38
19-11-2025, 23:08
19-11-2025, 21:44
19-11-2025, 18:08
19-11-2025, 17:47
19-11-2025, 16:13
19-11-2025, 15:57
19-11-2025, 15:50
19-11-2025, 15:48
19-11-2025, 15:44
19-11-2025, 12:29
19-11-2025, 11:35
19-11-2025, 11:29
19-11-2025, 11:24
19-11-2025, 10:16
18-11-2025, 20:48
18-11-2025, 20:16
18-11-2025, 13:51
18-11-2025, 11:52
18-11-2025, 11:42
18-11-2025, 10:55
18-11-2025, 10:36
18-11-2025, 10:14
17-11-2025, 15:00
17-11-2025, 13:31
17-11-2025, 13:15
17-11-2025, 13:01
1 2 3 4 5 6 7 8 9 10 ... 987