Sumqayıtda şəhid Quluyev Ramilin anım mərasimi keçirilib


Bu gün  "Vətən" müharibəsinin şəhidi Quluyev Ramil Elşən oğlunun anım mərasimi keçirilib. 

Sumqayit.tv xəbər verir ki, mərasim şəhidin məzarının Şəhidlər Xiyabanında ziyarət olunması ilə başlayıb. Daha sonra isə şəhərimizdə yerləşən mərasim evlərinin birində ehsan süfrəsi verilərək davam edib. Mərasimdə Quran ayələri və şəhidlərimizin ruhlarına dualar oxunulub. Məclisdə icra nümayəndələri, qohumlar, şəhidimizin dostları və digər şəhid ailələri iştirak edib. 
Xatırladaq ki, Ramil Quliyev 1991-ci il yanvarın 4-də Qubadlı rayonunda anadan olub. 1997-ci ildə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2008-ci ildə şəhərin 35 nömrəli məktəbin məzunu olub. O, 2015-ci ildə Kiyevdə Personalın İdarəetməsinin Regionlararası Akademiyasının Menecment fakültəsinin məzunu olub.
Hərbi xidmətdə olduğu müddətdə Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak edib və 2016-cı ilin iyul ayında hərbi xidmətini başa vurub. Xəstə anası Ramilin şəhid xəbərini eşidəndən bir neçə gün sonra dünyasını dəyişib. 10.10.2020 tarixində Hadrut uğrunda gedən döyüşlərdə verilən tapşırığı yerinə yetirərkən mənfur düşmənin snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhidlik məqamına ucalır. 12 gün neytral zonada qalır, çiyin yoldaşlarından biri şəhidimizi neytral zonada çıxardaraq, arxa cəbhəyə təhvil verir. Oktyabrın 22 Sumqayıt Şəhidlər Xiyabanında öz sevdiyi torpağa tapşırılır. 
Ruhun şad olsun, İgid!
Müxbir: Vəsiqə DADAŞOVA




23-10-2022, 16:37 261

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101