Sumqayıt daha dörd şəhidini andı -Fotolar


Bu gün 27.09.2020-ci il tarixində başlayan Vətən müharibəsi zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri Allahverdiyev Vüsal Tahir oğlu, Əhmədzadə Rüfət Əbülfət oğlu, giziri Əliyev Xəqani Füzuli oğlu və hərbi qulluqçu Abdullayev Elnur Təvəkkül oğlunun şəhadətə ucaldıqları gündür.
Sumqayit.tv
xəbər verir ki, şəhidimiz Əliyev Xəqaninin anım günü mərasim evlərinin birində keçirilib. 
Qeyd edək ki, Xəqani Əliyev 12.06.1990-cı il tarixində Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Xəqani Əliyev 27.09.2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Əliyev oktyabrın 28-də Ağdərə istiqamətində şəhid olub.
Vüsal Allahverdiyev 16.08.1988-ci ildə Qubadlı rayonunda anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Tahir oğlu Allahverdiyev 27.09.2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində həmin ilin 1 oktyabr tarixindən könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda və Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə vuruşub. Yaralıları xilas etmiş, şəhidləri döyüş meydanından çıxarıb. 30.10.2020-ci ildə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi və yaralıların döyüş meydanından çıxarılması zamanı qarşı tərəfin atdığı mərmi nəticəsində şəhid olmuşdur.
Əhmədzadə Rüfət Əbülfət oğlu 2001-ci il, oktyabrın 15-də Sumqayıt şəhərində anadan olmuşdur. 23.10.2019-cu ildə Asərbaycan Ordusuna xidmətə başayıb. Rüfət Əhmədzadə 27.09.2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Tərtər, Suqovuşan istiqamətlərində döyüşüb. 29 sentyabrda Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.
Elnur Abdullayev 10.07.1983-cü il Sumqayıt şəhərində dünyaya gəlib. 27.09.2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Elnur Abdullayev Füzuli və Xocavənd döyüşlərində savaşıb. Döyüşlər zamanı 9 düşmən tankını qənimət olaraq ələ keçirib. 27.10. 2020-ci il  Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Ruhunuz şad olsun, Qəhrəmanlar! 

Müxbir:Vəsiqə DADAŞOVA








30-10-2022, 21:51 345

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101