Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə sədr təyin edilməsi haqqında sərəncam imzalayıb.Sumqayit.tv Qafqazinfo-ya istinadən xəbər verir ki, sərəncama əsasən, Səadət İnayət qızı Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.
Qeyd edək ki, S.Bəktaşi bu təyinata qədər Bakı Apellyasiya Məhkəməsinin hakimi idi. O daha əvvəl Ali Məhkəmənin hakimi, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb.