Sumqayıt 1 saylı Mediasiya təşkilatı bir qrup vəkilə təşəkkür elan edib


Sumqayıt 1 saylı Mediasiya Təşkilatında mediasiyanın inkişafında fəallıq göstərən bir qrup vəkilə təşəkkür elan edilib. 
Bu barədə Sumqayit.tv-yə təşkilatdan məlumat verilib. Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri, mediator Etibar Həsənov bildirib ki, "Ölkəmizdə son illərdə Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin siyasi iradəsilə aparılan köklü islahatların bir hissəsi də məhkəmə-hüquq sisteminə aiddir.  Bununla bağlı 03.04.2019-cu il tarixdə "Məhkəmə -hüquq sistemində islahatların dərinləşdirilməsi barədə" müvafiq Fərman imzalanmış və bu istiqamətdə yol xəritəsi müəyyən edilib. Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında 2017-ci ildən etibarən vəkillik sahəsində aparılan əsaslı islahatlar və əldə edilən müsbət nəticələr mühüm əhəmiyyətə malikdir. Çünki müdafiə hüququnun təmin olunması ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsidir və müdafiə hüququnun təmin edilməsi heç də yalnız məhkəmə müstəvisi ilə məhdudlaşmır. Yəni müdafiə hüququ aidiyyəti olan istənilən strukturu əhatə edə bilər. Dövlətin bu islahatları aparmaqda məqsədi isə vətəndaş məmnunluğunun təmin edilməsi, iqtisadi inkişaf və sahibkarlığa əsaslı dəstəkdən ibarətdir. Məhz yuxarıda qeyd edilənlərin məntiqi nəticəsi olaraq 29.03.2019-cu il tarixdə "Mediasiya haqqında" Qanun qəbul edilib və 01.07.2021-ci il tarixdən isə icra edilməyə başlanıb. Hazırda mübahisələrin alternativ həlli vasitəsi kimi mediasiya  cəmiyyətimizə inteqrasiya dövrünü yaşayır. Bu sahədə qüsurlarımız olsa da, uğurlarımız da az deyil. Hətta hələ iki yaşı olmayan bir təsisat üçün əldə olunmuş nəticələri yüksək dəyərləndirmək olar." 
E.Həsənov qeyd edib ki, "Mediasiya alternativ həll variantı olsa da hər bir halda mediasiya prosesinin mahiyətinə uyğun keçirilməsi üçün(sənədlərin tərtibatı, prosedurlara düzgün riayət edilməsi və s.) keyfiyyətli hüquqi yardımın olması zəruridi və bu yardım məhz vəkillər tərəfindən yüksək səviyyədə təmin edilir. Bu baxımdan Mediasiya Şurasının üzvü Sumqayıt 1 saylı Mediasiya təşkilatı tərəfindən Azərbaycan Respublikası  Vəkillər Kollegiyasının bir neçə xanım üzvlərinə mübahisələrin alternativ həllinə üstünlük verərək, mediasiya institunun inkişafında göstərdikləri fəallığa görə təşəkkür elan edilib."
Sonra mediasiyanın inkişafında fəallıq göstərən Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Həqiqət Dadaşovaya, Sumqayıt Regional Vəkil bürosunun vəkilləri Gülnur Qasımlıya, Günay Cəfərovaya və Nigar Hüseynovaya təşəkkürnamələr təqdim edilib.




19-03-2023, 10:33 212

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101