“Orxan UN” MMC və "Sumqayıt-ağac-kağız" ASC "Azərişıq" ASC ilə bağlı məhkəməyə müraciət edib.Sumqayit.tv-ın əldə etdiyi məlumata görə, bu barədə hər iki şirkət Bakı Kommersiya Məhkəməsinə üz tutub.
Belə ki, MMC ilə ASC sair işlər - maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.