Sumqayıt cümə məscidinə qadın dini ayin icraçısı təyin edilib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün keçirilmiş müsahibədə iştirak edən və uğur qazanaraq təyinat almış ilk qadın dini ayinlərin icraçıları ilə görüş keçirilib.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yeni təyinat alan qadın dini ayinlərin icraçılarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, qadın dini ayinlərin icraçısı - imamın tapşırığına əsasən, islam dininə aid ibadət yerlərində və ziyarətgahlarda dini ayinlərin, eyni zamanda dini mərasimlərin icrasını həyata keçirən şəxsdir.
M.Qurbanlı diqqətə çatdırıb ki, belə bir təyinatın həyata keçirilməsi Azərbaycanda ilk təcrübə hesab oluna bilər. Məscidlərdə orta və ali dini təhsili olan qadınların dini ayin icraçıları kimi fəaliyyət göstərmələri İslam dininin dəyərlərini olduğu kimi təbliğ etmək, dini ayinləri doğru icra etmək, insanları xurafat və cahillikdən uzaqlaşdırmaq baxımından çox böyük əhəmiyyətə malikdir.
Görüş zamanı mövcud dini durum, dövlətin bu sahəyə göstərdiyi yüksək diqqət, dini abidələrə və din xadimlərinə qayğısı haqqında da danışan komitə sədri ölkəmizdə mövcud olan dini vəhdətin, tolerantlığın, multikulturalizmin, qarşılıqlı anlayış mühitinin qorunub saxlanılmasının vacibliyini xüsusi olaraq vurğulayıb.
Daha sonra qadın dini ayinlərin icraçılarının fikirləri və təklifləri dinlənilib, çıxışçılar dövlət tərəfindən dinə və din xadimlərinə göstərilən diqqəti yüksək dəyərləndiriblər.
Qeyd edək ki, görüşdə iştirak edən qadın dini ayin icraçıları Dövlət Komitəsi sədrinin müvafiq əmri ilə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi “Heydər”, “Xanım Fatimeyi-Zəhra”, Yasamal rayonu “İlahiyyat”, Sumqayıt şəhəri “Cümə”, Ceyranbatan yaşayış massivi “Ceyhun xanım və Hacı Əhməd”, Neftçala şəhəri “Sahibəz-Zaman”, Gəncə şəhəri, Bala Bağbanlar məhəlləsi “Fatimeyi-Zəhra”, Saatlı rayonu “Sımadakənd”, Şəki şəhəri “Mərkəzi Cümə”, İsmayıllı rayonu “Cümə” məscidlərinə təyin olunublar.

1-04-2023, 10:02 265

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101