Sumqayıtda aptekdə soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən
Sumqayit.tv-yə verilən məlumata görə, hadisə aprelin 3-də saat 22 radələrində Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisindəki apteklərin birində qeydə alınıb. 187 manat dəyərində gigiyenik vasitə soyğunçuluq yolu ilə talanıb.
Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Gündüz Məmmədov müəyyən olunaraq saxlanılıb.